Daha bir tanınmış aparıcı koronavirusa yoluxub - FOTO
Aparıcı Xədicə Sənanqızı artıq bir neçə gündür AzTV-də yayımlanan "Gün başladı" proqramına çıxmır. "Kanal1.az" xəbər verir ki, buna səbəb aparıcının koronavirusa yoluxmasıdır. Xədicəni həmkarı Günay Novruzqızı əvəzləyir. O bildirib ki, X.Sənanqızı müalicə alır, səhhəti getdikcə yaxşılaşır.