Cəmiyyət / Dünya / Səhiyyə
6.03.2021, 10:58
Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub
Gürcüstanda son sutkada daha 355 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 91 nəfər sağalaraq evə buraxılıb, 4 pasiyent vəfat edib.
"Kanal1.az" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 272 617 yoluxma halı təsdiqlənib. Yoluxanların 266 344-ü sağalıb, 3 567-si isə ölüb.
Son 24 saat ərzində yeni yoluxma faktlarnın müəyyən edilməsi üçün 19 737 test aparılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay