Cəmiyyət / Səhiyyə / Manşet
5.03.2021, 12:49
Rusiyada daha 11 min nəfərdə COVID-19 aşkarlanıb
Rusiyada son bir gündə daha 11 024 nəfərə COVID-19 diaqnozu qoyulub.
"Kanal1.az" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 301 159 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 462 nəfər artaraq 88 285-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 885 321 nəfər sağalıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay