Bakıda "Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək
2021-ci ilin oktyabr-noyabr aylarında NATO-nun dəstəyi ilə "Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri aparılır.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan "APA-Economics"ə verilən məlumata görə, İnstitutun Polşa Milli Nüvə Tədqiqatları Mərkəzi ilə birlikdə sözügedən beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar müraciəti NATO tərəfindən artıq rəsmi olaraq qəbul olunub. Beynəlxalq konfransı əhatə edəcək bütün məsələlərin əks olunacağı fəaliyyət planı hazırlanır və Polşadan olan həmkarlarla müzakirə olunacaq.

NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində "Advanced Research Workshop"un təşkil edilməsi nəzərdə tutulur.

Azərbaycan NATO ilə tərəfdaş ölkə kimi bir sıra layihələrdə fəal iştirak edir. Azərbaycan və Polşanın birlikdə təşkilatçılıq edəcəyi kibertəhlükəsizlik üzrə konfrans da NATO-nun strateji konsepsiyasında mühüm yer tutur.

3 gün davam edəcək beynəlxalq konfransda ölkəni SOCAR, AMEA İnformasiya Texnologiyaları İnstitutu kimi bir sıra qurumların təmsil edəcək. Tədbirə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssisləri dəvət olunacaq.

Hüseyn Vəliyev


Tarix: 19-10-2020, 11:51


Bölməyə aid digər xəbərlər
25-04-2019, 12:58 İLHAM HEYDƏR OĞLU ƏLİYEV