Düşmənin yazışması ələ keçirildi - Şok faktlar
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub.

Axar.az NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan Müdafiə nazirinə göndərdiyi iki məktubda işğalçı ölkənin ordusundakı acınacaqlı vəziyyət öz əksini tapıb.

Birinci məktub Ermənistan ordusundakı özbaşınalıqla bağlı əsgər valideyninin müraciəti əsasında yazılıb.

Məktubu təqdim edirik:

“Bizə Lori vilayətinin Lori Berd icmasının Aşot Yerkat 14 ünvanında yaşayan Qayane Balayan müraciət edib. O bildirib ki, oğlu Anri Balayan 1 oktyabr tarixdə Müdafiə Nazirliyinin 13516 saylı hərbi hissəsinin təlim taboruna məcburi hərbi xidmətə çağırılıb. O, könüllü orduya gedib. Ancaq daimi olaraq hərbi hissədə döyülüb. Onun komandirləri tərəfindən heç bir tədbir həyata keçirilməyib. Bununla əlaqədar bizim təşəbbüsümüzlə MTX tərəfindən araşdırmalar aparılıb və aydınlaşıb ki, baş leytenant Arsen Hovhannisyan bir neçə dəfə əsgərləri döyüb və nəticədə, iki əsgər özünə qəsd edib. Bunlar barədə hərbi hissənin həkimi ilə də danışılıb, o da bu məlumatları təsdiqləyib. Həmçinin həkim Arsen Hovhannisyanın qızdırması və tərləməsi olan əsgərlərə tibb məntəqəsinə getmək üçün icazə vermədiyini də deyib. Qeyd edək ki, Anri Balayan xəstədir və son iki gün ərzində onun vəziyyəti daha da ağırlaşıb. Buna baxmayaraq, onun Qarabağa aparılmasına qərar verilib. Əsgərlər qorxurlar ki, Arsen Hovhannisyan onları Qarabağdakı müharibə şəraitindən istifadə edərək öldürə bilər. Onların ailələri bu barədə bizə çox məktublar göndərirlər. Xahiş edirəm ki, əsgərlərin vəziyyətini araşdırın və sonra Qarabağa göndərmək barədə qərar qəbul edin. Arsen Hovhannisyanı Qarabağa göndərməyin. Onunla bağlı qeyd olunmuş məlumatlarla əlaqəli araşdırmalar həyata keçirin və nəticələr barədə 7 gün müddətində məlumat göndərin”.

İkinci məktubda isə müharibədə ölən əsgərlər barədə valideynlərə məlumat verilməməsi bildirilir:

“Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdır. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər