"DTX-nın əməliyyatı çox yaxşı haldır və bu, təqdirəlayiqdir" - deputat
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terrorçuluq məqsədilə ölkədən kənarda təlim keçmiş Azərbaycan vətəndaşı Faliq Qalib oğlu Vəliyevi həbs edib. Həbsinə qədər beynəlxalq axtarışda olmuş Faliq Vəliyevə Cinayət Məcəlləsinin 12.1, 218.2 - cinayətkar birlikdə, təşkilatda iştirak etmə, 12.3, 214-3.1-ci - terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə və 12.1, 279.1-ci Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələri ilə ittiham elan olunub. DTX-nın yaydığı rəsmi məlumatdan belə aydın olur ki, Faliq Vəliyev digər ölkənin ərazisində təlimlərə qoşulub, terror törətmə bacarıqlarına yiyələndikdən sonra Rusiya Federasiyasının ərazisinə keçib. Orada gizləndiyi yer müəyyən edilib və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

2015-ci ildə Azərbaycanda qanunvericilik dəyişdikdən sonra hökumət xaricdə qanunsuz silahlı dəstələrdə döyüşənlərə qarşı sərt tədbirlərə əl atıb. Xüsusən də İŞİD və Suriyadakı silahlı terror dəstələrində savaşanlar saxlanılaraq məsuliyyətə cəlb olunur. Ötən il DTX-nın şöbə rəisi Suad Mahmudov bildirmişdi ki, Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub. Onun sözlərinə görə, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub. DTX rəsmisi demişdi ki, təkcə 2018-ci ildə 20 nəfər xaricdəki hərbi münaqişələrdə iştirak etmiş şəxs Azərbaycana qayıdanda saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Azərbaycanlılar daha əvvəl Şimali Qafqaz, Əfqanıstan-Pakistan bölgəsində, 2012-ci ildən sonra isə İraq və Suriyada baş verən cihad münaqişələrinə qatılıb...

***

2013-cü ilin avqustunda isə yerli media orqanlarında Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlının iştirak etdiyi xəbərləri gedirdi. Həmin vaxt bildirilirdi ki, bu döyüşlərdə 30-dan çox azərbaycanlı öldürülüb. Xəbərdə qeyd edilirdi ki, Suriyada hökumət qüvvələrinə qarşı döyüşən azərbaycanlılar bura Azərbaycandan, Əfqanıstandan (Taliban sıralarında döyüş keçmiş) və Şimali Qafqazdan (Rusiyaya qarşı döyüşənlər) gəliblər. Onların hansı yollarla bu ölkəyə aparıldığı dəqiq bilinmir. Hətta xəbərlərdə azərbaycanlıların böyük əksəriyyətinin “Ceyş əl-Mühacirin vəl-Ənsar” diversiya qrupunda cəmləşdiyi deyilirdi. Qrupun əmiri azərbaycanlı Əbu Yəhya Azəri ləqəbli adlı biri idi. 3 il əvvəl, o dövrdə DTX rəisi postunu tutan general-leytenant Mədət Quliyev yerli mətbuata açıqlamasında 900-ə yaxın Azərbaycan vətəndaşının Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulduğunu açıqlamışdı. Bildirmişdi ki, 84 nəfər azərbaycanlı ölkəyə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. 195 nəfər isə bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib...

Elə həmin il İraq parlamentinin deputatı Vian Dahkli öz twitter hesabında İraqda İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanıldığını yazıb. Daha sonra bu qadınlarla bərabər olan uşaqlar barədə məlumatlar yayılıb və rəsmi qurumlar uşaqların İraqda 19 azərbaycanlı uşağın qaldığı barədə məlumatı təsdiqləyib. Onlardan bir neçəsini ölkəyə gətirmək mümkün olub. Yenə də İraq mediası 3 azərbaycanlı qadının edama məhkum olunduğu haqda xəbər yayıb.

Digər tərəfdən, rəsmi qurumlar münaqişə ölkələrində olan silahlıların Azərbaycana qayıtmadığı, əsasən 3-cü ölkəyə getməyə çalışdığını bildirib. Bu isə o deməkdir ki, rəqəmlər daha da arta və bir çoxu, ümumiyyətlə, gizli qala bilər.

2019-cu ildə DTX əməliyyat keçirərək “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Bəhram Tağıbəy oğlu Güləliyev Pakistanda tutularaq ölkəyə gətirilib. Məlum olub ki, Bəhram Güləliyev 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub. Beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb. Bəhram Güləliyevin həbsi ilə bağlı məlumatlarda deyilirdi ki, o, Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib. Güləliyevin həbsindən sonra Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən digər Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Telman Çərkəz oğlu Süleymanov, onunla eyni vaxtda Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Elçin Tofiq oğlu Qasımov ifşa olunaraq saxlanılıblar.

Həmçinin bilinmişdi ki, beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Rasi Yaşar oğlu Abbasovun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olub. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində Rasi Abbasov tutulub.

Deputat, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, baş tutan sonuncu əməliyyat DTX-nın növbəti uğurlu, təqdirəlayiq tədbiridir: “Dövlət Təhlükəsizliyi Xidməti bundan əvvəl də uğurlu əməliyyatlar həyata keçirib və xaricdə terror qruplaşmalarında təlim keçmiş Azərbaycan vətəndaşları həbs olunaraq ölkəyə gətiriliblər. Təbii ki, belə şəxslər ölkəmiz üçün də təhlükədir. İŞİD zəifləyəndən və Əfqanıstan ərazisinə sıxışdırılandan sonra Rusiya prezidenti demişdi ki, bu adamlar öncə İranın ərazisinə keçəcək, daha sonra isə postsovet məkanına. Bu mənada ilk olaraq biz nəzərdə tutuluruq, daha sonra isə Ermənistan. Ancaq təbii ki, islamçı Ermənistana keçməyəcək. O, müsəlman ölkəsi olan Azərbaycana üz tutacaq. Belə bir təhlükə hələ də qalmaqdadır. Biz bu adamları vətəndaşlıqdan çıxarsaq da, onların ölkə ilə müəyyən əlaqələri mövcuddur, gələ bilərlər. Əvvəllər Azərbaycan vətəndaşları olmuş terroristlər var və yeri gələndə ölkəni hədələyirlər. Hədələməyin də səbəbi budur ki, həmin şəxslər bir tərəfdən mövcud olduqlarını rəhbərlərinə göstərmək istəyirlər, digər tərəfdən isə bölgəni təhdid altında saxlaya bildiklərini nümayiş etdirməyə çalışırlar. DTX-nın əməliyyatı çox yaxşı haldır və bu, təqdirəlayiqdir. Təbii ki, terrorçularla bağlı görülən işləri tam olaraq ictimaiyyət bilməli deyil. Bütün bunlar məxfi qaydada aparılır. Açıqlansa ki, kiminsə izinə düşüblər, o zaman həmin adam da əks tədbirlər görəcək. Xüsusi təhlükəsizlik orqanlarının əsas işi məxfilikdir”.

Ekspert deyir ki, əməliyyat şəraitinə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çox yaxşı nəzarət olunur: “Ötən illərlə müqayisədə terrorun təhlükə səviyyəsi Azərbaycanda xeyli aşağı düşüb. Ancaq erməni terrorizmi hər zaman baş qaldıra bilər. 150 ildir ki, hədəfdə Türkiyə və Azərbaycan gəlir. Bütün bunlar sülhə maneədir. Buna da nəzarət olunur. Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulub. Ölkəmiz terrorçuluqla mübarizədə öz töhfələrini verir. Bu məsələdə təkbaşına hərəkət etmək mümkün deyil. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal olunub. Məlumdur ki, Azərbaycan müxtəlif təhlükələrin olduğu məkanda yerləşir. Amma Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. Qardaş müsəlman ölkələri ilə təmasların olması çox mühümdür. Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Bununla belə, görülən işlər nəticəsində əməliyyat şəraitinə nəzarət olunur. Yeri gələndə müxtəlif terror qruplaşmalarına qoşulan şəxslər vətəndaşlıqdan çıxarılır, barəsində beynəlxalq axtarış elan olunur”.

Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi və Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.
“Yeni Müsavat”

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər