MUSA ŞƏKİLİYEVİN QƏDƏH YOLDAŞININ ARVADI ERMƏNİDİR – QAXIN İCRA BAŞÇISI FAKTI TƏSDİQLƏDİ


Son aylarda Azərbaycanda iki nazirin korrupsiyaya rəvac verdiklərinə görə vəzifələrindən kənarlaşdırılması icra başçılarını bir növ rahatladıb. Fikirləşirlər ki, daha bizdən ötdü, növbə nazirlərindir. Ancaq yanılırlar. Azərbaycanda uşaqdan böyüyə hamıya bəllidir ki, indiyədək rüşvətxorluğuna, qol qoyduqları maxinasiyalara görə məsuliyyətə cəlb olunaraq həbs edilən icra başçılarının iş prinsipləri onların bütün həmkarlarına aiddir. Ələlxüsus da Qax RİH-nin başçısı Musa Şəkiliyev kimi arxalılara. Musa Şəkiliyevin arxasında isə bildiyimiz kimi xalası oğlu, “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin sədri cənab Əhməd Əhmədzadə durur. Şəkiliyev də öz növbəsində başçılıq etdiyi rayonda Əhmədzadənin kadrlarını göz bəbəyi kimi qoruyur, korrupsiya müstəvisində onlara etibarlı tərəf müqabili kimi çıxış edir. Bu barədə bir az sonra.Hələ bir neçə il bundan əvvəl saytlardan biri Musa Şəkiliyevin alkoqol aludəçiliyindən yazmışdı. Sayt iddia edirdi ki, demək olar hər gün sərxoş vəziyyətdə olan icra başçısı bir dəfə rayonun mərkəzi küçələrindən birində sürücüsünə maşını saxlamasını əmr edərək salonda əyləşdiyi hissədən qapını açaraq işıqforun yanında rəzalətli duruma düşüb. Rayon sakinlərindən biri də bu fürsəti buraxmamaq qərarına gəlib və həvəskar çəkilişi ilə bu “tarixi an”ı telefonunun yaddaşına həkk edib. Sayt bildirirdi ki, M.Şəkiliyev telefonda onlara: “qusmuşam, əcəb eləmişəm, yazsanız arxasında dayana bilməyəcəksiniz” deyib.Öyrənmişik ki, son aylar M.Şəkiliyev görünür spirtli içkini koronavirus infeksiyasına qarşı təsirli müdafiə vasitəsi hesab etdiyindən, bu vərdişində daha dərinə gedib. Başçının ən sadiq qədəh yoldaşlarından biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovdur. Son günlər cəbhədə erməni təxribatından dolayı “Azərbaycandakı erməni gəlinlər” mövzusu yenə aktuallaşıb. Redaksiyamıza daxil olan məlumata görə, Soltan Camalovun da uzun illərdir nikah münasibətində olduğu qadın milliyyətcə ermənidir.Bu və digər məsələlərlə əlaqədar zəng vurub ilk öncə Soltan Soltanovun mövqeyini öyrənmək istədik . İlk cümlələrindən hiss olunurdu ki, o İCRA BAŞÇISI: ONU MƏN EVLƏNDIRMIŞƏM? MƏN DƏ BILIRƏM ONUN ARVADI ERMƏNIDIR.VİDEOpiyandlr. Ağzı söz tutar-tutmaz bildirdi ki,mən koronovirusa yoluxmuşam. Özüm də mərkəzi klinikada müalicə olunuram. Sonradan öyrəndik ki,o, piyandır, bizimlə məzələnir. (Bunu təsdiq edəcək səs yazısı da var. Sadəcə Soltan bəyin danışığında əxlaqdan kənar ifadələr olduğu üçün etika xatirinə təqdim etmirik.) Musa Şəkiliyevin münasibətini öyrənmək istəyəndə suallarımızın Soltan Camalovla bağlı hissəsinə hirslə cavab verdi: “Bəli, o qadın ermənidir, Soltanın onunla toyunu da mən eləmişəm. Sonra?”“Sonrası”nı isə eşitmək istəmədi. Sözümüzü bitirməmiş telefonu qapadı. Növbəti suallarımızla Musa Şəkiliyevin nəhayətsiz biznes imperiyası barədə xəbərlərə münasibətini öyrənmək istəyirdik. Məsələn, bilmək istəyirdik ki, doğrudanmı Qax rayonunun az qala bütün əmək kollektivləri Almalı kəndində Musa Şəkiliyevə məxsus olduğu bildirilən təsərrüfata xidmət edir, ya yox. Həmçinin, başçının Türkiyədəki biznesi, qızının adına olan məkanlar barədə məlumatlara aydınlıq gətirməsini istəyirdik. Amma olmadı. Bu mövzuya qayıdacağımız növbəti məqalədə əlimizdə olan məlumatlarla kifayətlənib təfərrüatları açıqlayacağıq.
Odur ki, bizi izləməyi unutmayın.(deryaz.az)

Nyus.Az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər