Cəmiyyət / Təhsil
28.04.2020, 17:13
İkili diplom müqaviləsinin icra mexanizmləri haqqında videokonfrans keçirilib
kanal1.azİkili diplom müqaviləsinin icra mexanizmləri haqqında videokonfrans keçirilib
Azərbaycan Texniki Universiteti (AzTU) və Fransanın CNAM Universiteti arasında videokonfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, videokonfransda AzTU rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanova, Energetika, elektrotexnika və avtomatika fakültəsinin dekanı Lalə Əzizova, “Erasmus+” LPEB layihəsinin icraçı direktoru Həsən Hüseynov, CNAM Universitetinin beynəlxalq layihələr üzrə koordinatoru Dijana Mirvic iştirak ediblər.
Tərəflər AzTU və CNAM arasında “Erasmus+” LPEB layihəsi çərçivəsində imzalanmış ikili diplom müqaviləsinin tətbiqi ilə əlaqədar bir sıra məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay