kanal1.az

Şamaxıda dünyanın ən bahalı delikateslərindən olan ilbiz kürüsü istehsal edilir - 1 kiloqramı 6000 manata satılır REPORTAJ



Şamaxıda dünyanın ən bahalı delikateslərindən olan ilbiz kürüsü istehsal edilir - 1 kiloqramı 6000 manata satılır REPORTAJ“Ziyanverici həşəratdır” deyərək tələf etdiyimiz ilbizi avropalılar ən qiymətli delikates kimi menyularında istifadə edirlər. Azərbaycan üçün qeyri-ənənəvi olan bu sahədən ölkəmizdə gəlir qazananlar da var. Düzdür, onların sayı elə də çox deyil. Belə təsərrüfatçılardan biri də Şamaxı rayon sakini Akif Əmralıdır. O, fərdi həyətində ilbiz təsərrüfatı yaradıb. Sənəti diş həkimi olmasına baxmayaraq, 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir.

Akif Əmralı AZƏRTAC-a bildirib ki, bu sahə ilə çoxdandır maraqlanırmış. Dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanıldığını və 1989-cu ildə satışa çıxarıldığını deyən Akif Əmralı bundan sonra, 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına qərar verib. O, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olub. Vurğulayır ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti dünyada bir çox xalqlar tərəfindən yeyilir. Bizdən fərqli olaraq, bir sıra Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak edilir, amma buna baxmayaraq, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir.

Fermerin ən böyük arzusu 1 kiloqramı 6000 manata satılan ilbiz kürüsünü kütləvi şəkildə xarici bazarlara çıxarmaqdır. Onun sözlərinə görə, Yer üzərində 32 min ilbiz növü var. Amma tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da ən bahalı delikateslərdən sayılır. Eyni zamanda, ilbizin kürüsü çox qiymətli müalicə vasitəsidir. Ondan tibdə yanıqların sağalması, dəridəki çapıqların aradan qaldırılması, ginekoloji xəstəliklər, cinsi zəiflik, dərini cavanlaşdırmaq, ləkələri aradan qaldırmaq və immuniteti artırmaq üçün istifadə olunur. Müxtəlif dərman preparatları da hazırlanır. Həmçinin dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda ilbiz kremlərindən istifadə geniş yayılıb.

Altı-yeddi il ömür sürən ilbizlər əsasən göy otlardan, tərəvəz və meyvələrdən qidalanır. Akif Əmralı deyir ki, ilbizlərin erkəyi, dişisi olmur. İstənilən ilbiz bir-biri ilə mayalana bilir. Yay və yaz aylarında torpağın altında hər bir ilbiz 60-70 yumurta (kürü) qoyur. Bala ilbizlər 21 gündən sonra yumurtadan çıxır.

Fermer kürü götürəcəyi ilbizlərin 4,5 yaşı olduqda olanlara xüsusi qulluq edir, belə olan halda götürülən məhsul daha keyfiyyətli olur.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər