kanal1.az

“5G” texnologiyası 10 Avropa ölkəsində istifadəyə verilib


“5G” texnologiyası 10 Avropa ölkəsində istifadəyə verilibBeşinci nəsil mobil rabitə texnologiyası (5G) Avropa İttifaqının 10 ölkəsində kommersiyalaşdırılıb. Bu barədə Avropa Komissiyasının “5G” rəsədxanasının sonuncu rüblük hesabatında deyilir.

Bildirilir ki, “5G” böyük həcmli məlumatların (Big Data) analizi və “Əşyalar interneti” (IoT) ilə birlikdə əsas hərəkətverici qüvvəsi süni intellekt olacaq rəqəmli iqtisadiyyatın əsasını təşkil edəcək. “3G” və “4G” şəbəkələrindən miras qalan infrastrukturun müəyyən hissəsi məhdud sayda beşinci nəsil mobil rabitə şəbəkələrinin tərkibinə daxil ediləcək.

Rəsədxananın məlumatına görə, 2019-cu ilin sonunda “5G” kommersiya xidmətləri Avropa İttifaqının 10 ölkəsində istifadəyə verilib.

Almaniya, Avstriya, Finlandiya, Macarıstan, İrlandiya, İtaliya, İspaniya, Estoniya, Böyük Britaniya və Rumıniya bu yeni texnologiya ilə kommersiya səviyyəsində xidmətlər təklif edən ölkələrdir.

Bir sıra ölkələrdə bir neçə “5G” xidmət tədarükçüsü fəaliyyət göstərir. Məsələn, Böyük Britaniya və Rumıniyada onların sayı üç, İtaliya, Almaniya və Finlandiyada iki təşkil edir.

Portuqaliya texnologiyanı təklif edən ölkələr sırasına hələ ki daxil edilməyib. Belə ki, bu ölkədə “5G” lisenziyalarının paylanması üzrə hərrac apreldə başlayıb iyunda başa çatacaq.

Proqnozlara görə, “5G” texnologiyasının İspaniya daxilində bütün fəaliyyət sahələrinə tətbiqi 2025-ci ildə 14 milyard avro məbləğində iqtisadi effekt verəcək. Yeni bağlantı “4G” şəbəkəsinin təmin etdiyi sürəti 40 dəfə üstələyəcək.

Avropa Komissiyasının 2017-ci ilin dekabrında Aİ Şurası tərəfindən təsdiq edilən 2016-cı ilin sentyabrı üçün Fəaliyyət Planı 2020-ci ilin sonunda “5G” kommersiya şəbəkəsinin bütün üzv dövlətlərin azı bir ən böyük şəhərində qurulmasını nəzərdə tutur.

Həmçinin vurğulanır ki, ötən ilin dekabrında “5G” ilə təchiz edilən şəhərlərin sayı 147 təşkil edib.

Rəsədxananın məlumatına görə, 2019-cu ilin sonunda yalnız 11 ölkə tərəfindən “5G” üçün milli “yol xəritəsi”, o cümlədən spektrdən istifadə strategiyaları dərc edilib: Almaniya, Avstriya, Danimarka, İspaniya, Estoniya, Finlandiya, Fransa, Niderland, Lüksemburq, Böyük Britaniya və İsveç.

Bundan başqa, Cənubi Koreyada fəaliyyət göstərən üç operator tərəfindən “5G” xidmətləri istifadəyə verilib. Ötən ilin oktyabrında onların abunəçilərinin sayı 3 milyon təşkil edib.

Avstraliyada texnologiya Melburn və Sidney daxil olmaqla 10 şəhəri əhatə edir. Bu il şəhərlərin sayının 25-dək artacağı gözlənilir.

Çinin “China Mobile”, “China Telecom” və “China Unicom” operatorları “5G” xidmətlərini ötən ilin noyabrında istifadəyə verib. Onlar tərəfindən artıq 9 milyona yaxın abunəçi beşinci nəsil mobil rabitə xidmətləri ilə təmin edilib.

ABŞ-da fəaliyyət göstərən dörd böyük operatorun üçü bu sahədə xidmətləri işə salıb.

Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də “5G” şəbəkəsi mövcuddur.

Hindistan hökuməti “5G” texnologiyasının inkişafına sadiq olsa da, onu 2022-ci ildə işə salmağı planlaşdırır.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər