Zaur Rəhimov Dəyərli iş adamı

Zaur Rəhimov Dəyərli iş adamı

MƏŞDAĞA KƏNDİNİN NÜMUNƏVİ SAHİBKARI — HƏCİ ZAUR RƏHİMOV


Məşdağa kəndində uzun illərdir fəaliyyət göstərən tanınmış şirniyyat sexinin rəhbəri Həci Zaur Rəhimov əməksevərliyi, vətənə və xalqına bağlılığı, eləcə də sosial məsuliyyət hissi ilə seçilən dəyərli bir şəxsiyyət kimi tanınır. Onun rəhbərlik etdiyi müəssisə təkcə ləzzətli və keyfiyyətli məhsulları ilə deyil, həm də humanist dəyərləri və insanlara göstərilən qayğısı ilə fərqlənir.


Həci Zaur müəllim hər zaman xalqın yanında olmuş, xüsusilə də şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı ilə hər kəsin hörmətini qazanmışdır. O, şəhid ailələrinin evlərini ziyarət edir, onların problemləri ilə yaxından maraqlanır, maddi və mənəvi dəstəyini əsirgəmir. Qazilərimizə daim hörmətlə yanaşır, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyası üçün əlinə düşən bütün imkanlardan istifadə edir.


Həci Zaur Rəhimovun fəaliyyəti təkcə sahibkarlıqla məhdudlaşmır. O, cəmiyyətin sosial rifahı üçün də böyük töhfələr verir. Çətin vəziyyətdə olan ailələrə yardım edir, xeyriyyə aksiyalarında fəal iştirak edir, kəndin inkişafına, abadlaşdırılmasına öz töhfəsini verir. Onun rəhbərlik etdiyi şirniyyat sexində çoxsaylı kənd sakinləri işlə təmin olunmuş, bu da yerli əhalinin sosial durumunun yaxşılaşmasına səbəb olmuşdur.


Həci Zaur müəllim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial ədalət və humanizm siyasətini böyük rəğbətlə dəstəkləyir. O, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğını öz şəxsi fəaliyyətində davam etdirərək, hər zaman dövlət başçısının layiqli vətəndaşı kimi davranır.


Məşdağa kəndinin sakinləri dəfələrlə bildiriblər ki, Həci Zaur Rəhimovun səxavəti, təvazökarlığı və insanlara qarşı səmimiyyəti onu cəmiyyətin sevimlisinə çevirib. O, hər kəsin hörmətini qazanmış, əsl vətənpərvər Azərbaycan oğludur.


Belə insanlar Vətənimizin sütunudur! Həci Zaur Rəhimov kimi fədakar, xeyirxah və vətənpərvər insanlar sayəsində xalqımızın birliyi və dövlətimizin qüdrəti daha da möhkəmlənir. Onun gördüyü işlər, göstərdiyi qayğı və insanlıq nümunəsi gələcək nəsillər üçün bir örnəkdir.


Hazırladı: R.Əliyev

Reklam xəbər

Ən Çox Oxunanlar