Xəzər dənizində YENİ ADA YARANDI

Xəzər dənizində YENİ ADA YARANDI

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi səbəbindən yeni ada yaranıb.

Kanal1.Az-ın Lada.kz saytına istinadən verdiyi məlumata görə, ortaya çıxan bu qeyri-adi torpaq sahəsi havadan lentə alınıb.


Nəşrin məlumatına əsasən, "Rıbaçi" adlandırılan yeni ada Xəzərin şimal akvatoriyasında, Qazaxıstanın Manqistau vilayətinin Bautino kəndindən 30 kilometr, Svyatoy adasından isə təqribən 500 metr şərq istiqamətində qərarlaşıb.

Mütəxəssislərin sözlərinə görə, son 4-5 ildə dənizin şimalında suyun çəkilməsi nəticəsində mütəmadi olaraq yeni quru sahələr ortaya çıxmağa başlayıb. Bu cür proseslər xüsusən Xəzər suitilərinin məskunlaşdığı Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayakşıkkan və Dolqiy adalarının ətrafında formalaşır.

Ekspertlər bildirirlər ki, dənizin sözügedən hissəsindəki adaların əsas sakinləri canavarlardır. Bununla yanaşı, ərazidə çöl donuzları və porsuqlara da rast gəlinir. Adalarda və sahilyanı sularda isə müxtəlif növ quş və balıq növləri yaşayır.

Yeni əmələ gələn adanın yüksəklikdən görüntüsü çəkilib. Həmin kadrlarda Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində meydana gələn bu ada aydın şəkildə görünür.