Xankəndi daha 18 ailəyə qucaq açıb: Açarlar sakinlərə təqdim edilib

Xankəndi daha 18 ailəyə qucaq açıb: Açarlar sakinlərə təqdim edilib

Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Kanal1.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.