Usta beşinci mərtəbədən yıxılaraq ölüb

Usta beşinci mərtəbədən yıxılaraq ölüb

Bakıda beşinci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov doqquzmərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən, beşinci mərtəbə səviyyəsindən yerə yıxılaraq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.