Satıcı işlədiyi mağazadan 20 min manat oğurladı

Satıcı işlədiyi mağazadan 20 min manat oğurladı

Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən 20 000 manat oğurlanıb.

Kanal1.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada satıcı işləyən 34 yaşlı K.Novruzov saxlanılıb.

Rayon ərazisində bir nəfərin 450 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı E.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.