Tərtər rayon İcra Hakimiyyətinin başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qabil Bəylərov öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan, xalqına xidmət etməyi həyat amalına çevirən nümunəvi rəhbərlərdən biridir. Qabil müəllim hər zaman kənd sakinlərinin problemlərinə həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsi üçün yorulmadan çalışan, sözün əsl mənasında, vətəninə və xalqına bağlı bir ziyalıdır.
Onun rəhbərliyi ilə Mamırlı kəndində son illər ərzində xeyli sayda abadlıq və quruculuq işləri həyata keçirilib. Kənd yollarının təmiri, ətraf mühitin təmiz saxlanılması, yaşıllıqların qorunması və genişləndirilməsi istiqamətində görülən işlər Qabil müəllimin təşkilatçılıq bacarığının bariz nümunəsidir. Uzun müddət baxımsız qalan ərazilər yenidən abadlaşdırılıb, kəndin ümumi görünüşü xeyli yaxşılaşdırılıb.
Qabil Bəylərov yalnız infrastruktura deyil, eyni zamanda sosial məsələlərə də xüsusi diqqət ayırır. Şəhid ailələri və qazilər hər zaman onun diqqət mərkəzindədir. O, mütəmadi olaraq aztəminatlı ailələrlə maraqlanır, onların problemlərinin həlli üçün aidiyyəti qurumlarla birgə addımlar atır. Qabil müəllim dövlətimizin həyata keçirdiyi sosial siyasəti dəstəkləyir, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq kənddə sosial həmrəyliyin möhkəmləndirilməsinə çalışır.
Sakinlərlə keçirilən görüşlərdə hər bir müraciəti diqqətlə dinləyən Qabil müəllim qaldırılan məsələlərin operativ şəkildə həllinə səy göstərir. Gənclərin sağlam ruhda böyüməsi, kənddə ictimai asayişin qorunması, təmizliyin təmin olunması da onun daim nəzarətindədir. Onun əsas məqsədi Mamırlı kəndini daha abad, daha gözəl və yaşamaq üçün daha rahat bir məkana çevirməkdir.
Bu gün Mamırlı kəndində aparılan genişmiqyaslı abadlıq tədbirləri, görülən faydalı işlər Qabil Bəylərovun zəhmətkeşliyinin, vicdanla çalışmağının və xalqa bağlılığının nəticəsidir. Belə rəhbərlər məhz dövlətlə xalq arasında möhkəm körpü yaradır, bölgələrin inkişafına real töhfələr verirlər.
Qabil müəllimə gələcək fəaliyyətində uğurlar arzulayır, Mamırlı kəndinin daha da çiçəklənməsi naminə gördüyü işlərdə ona möhkəm cansağlığı və davamlı nailiyyətlər diləyirik.