ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası olan "Əl-Udeyd" raket hücumuna məruz qalıb.
Kanal1.Az xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bazaya dəyən maddi ziyanın da həcmi açıqlanmayıb.
Nazirlik bildirib ki, raketlərdən biri hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilsə də, digəri ABŞ-nin "Əl-Udeyd" aviabazasına düşüb.
Qətər Müdafiə Nazirliyi açıqlamasında, həmçinin ölkənin Silahlı Qüvvələrinin dövlətin suverenliyini və ərazisini qorumaq bütün imkanlara və resurslara malik olduğunu da bildirib. Nazirlik vətəndaşları sakitliyi qorumağa, təhlükəsizlik orqanlarının təlimatlarına əməl etməyə çağırıb.
Qeyd edək ki, "Əl-Udeyd" bazası ABŞ-nin Yaxın Şərqdə yerləşən ən böyük hərbi bazasıdır.