İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıb.


Məktubda deyilir:


"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".