Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.
Kanal1.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.