Şəhid övladı

Şəhid övladı "Eynşteyn vizası" aldı

Azərbaycanlı Oruc İbrahimov peşəkar uğurları və fəaliyyətinə görə ABŞ-nin xüsusi istedada malik şəxslər üçün nəzərdə tutulan "EB1 - Extraordinary Ability" (ictimaiyyət arasında "Eynşteyn vizası") vizasını əldə edib.

Kanal1.Az xəbər verir ki, bu, Birləşmiş Ştatlarda ən üst kateqoriya viza hesab olunur və öz sahəsində ən yüksək peşəkarlıq, beynəlxalq tanınma qazanmış mütəxəssislərə ABŞ-də daimi yaşamaq və fəaliyyət göstərmək hüququ verir.

Karyerası ərzində Azərbaycanda bir sıra özəl şirkətlərdə müşavir və departament rəhbəri kimi çalışan, həmçinin yerli və xarici şirkətlərə konsultasiya xidmətləri göstərən O.İbrahimov fəaliyyətini ABŞ-də davam etdirir.

O, hazırda müharibədən zərər çəkmiş insanlara dəstək göstərmək və onların ehtiyaclarını qarşılamaq məqsədilə sosialyönümlü rəqəmsal platforma (startup) üzərində işləyir.

Qeyd edək ki, Oruc İbrahimov Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuş Cavanşir İbrahimovun oğludur.