Şüvəlan daş karxanasının sahibi Həci Məmməd Şəfiyev — öz halal zəhməti, geniş dünyagörüşü və vətənpərvər ruhu ilə tanınan, nümunəvi sahibkar, xeyirxah insan və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən dəyərli şəxsiyyətdir. O, sadəcə öz biznesini inkişaf etdirməklə kifayətlənmir, həm də yaşadığı və fəaliyyət göstərdiyi ərazinin abadlaşdırılması, yaşıllaşdırılması və sosial rifahının artırılması üçün fədakar xidmət göstərir.
Ulu Öndərin Xatirəsinə Sadiqlik və Yaşıllığa Qayğı
Həci Məmməd Şəfiyev, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq təsis etdiyi "Yaşıllıq Parkı" ilə Şüvəlan qəsəbəsinə nəfəs verən, təbiətin gözəlliyini əks etdirən misilsiz bir layihəyə imza atmışdır. Onun təşəbbüsü ilə çoxsaylı ağaclar əkilmiş, minlərlə kvadratmetr sahə yaşıllaşdırılmışdır. Bu fəaliyyət, həmərsə xalqımıza nümunə olan vətən sevgisi, ekoloji məsuliyyət və xeyirxah niyyətin təcəssümüdür.
8 Noyabr – Zəfər Gününə Dərin Hörmət
Həci Məmməd Şəfiyev, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevi, şəhid ailələrini, qazilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edib. O, Zəfər Gününü Azərbaycan tarixinin şanlı səhifəsi, xalqımızın birliyinin, ordumuzun gücünün və tarixi ədalətin təntənəsi kimi dəyərləndirib.
Bu qələbənin torpaqlarımızı işğaldan azad etməklə yanaşı, xalqımızın milli ruhunu, qürurunu və sarsılmaz iradəsini bütün dünyaya göstərdiyini vurğulayan Həci Məmməd müəllim, şəhidlərimizin ruhunu dərin ehtiramla yad edərək, qazilərimizin qəhrəmanlığını daim yüksək tutduğunu bildirib.
Xalqın İçindən Gələn Dəyərli Şəxsiyyət
Həci Məmməd Şəfiyev, sahibkarlıq sahəsində nüfuzlu bir ad olmaqla yanaşı, humanistliyi, dövlətinə sədaqəti, xalqına məhəbbəti və böyüklərə hörməti ilə qəlblərdə dərin iz buraxmış bir insandır. Onun gördüyü bütün işlər, sadəcə kommersiya fəaliyyəti deyil, həm də vətəndaşlıq məsuliyyətinin, vətən sevgisinin və xalqına olan hörmətin bariz nümunəsidir.
Bu mənalı xidmətlərinə görə Həci Məmməd Şəfiyevi təbrik edir, onun kimi fədakar insanların sayəsinin artmasını arzulayırıq.
Hazırladı: R. Əliyev