Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsinin rəisi Ayaz Bağırovun ürək sözləri Prezident İlham Əliyev haqqında

Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsinin rəisi Ayaz Bağırovun ürək sözləri Prezident İlham Əliyev haqqında

“Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan cənab Prezident İlham Əliyev bu gün müasir Azərbaycanın memarıdır. Onun parlaq liderliyi, dönməz iradəsi və xalqına olan sonsuz sevgisi sayəsində Azərbaycan dünya miqyasında güclü və nüfuzlu dövlətə çevrilmişdir.


Cənab Prezidentin dövlətçiliyimizə, xalqımıza və gələcəyimizə olan qayğısı hər bir azərbaycanlının ürəyini fəxrlə doldurur. Öz müdrik siyasəti ilə o, təkcə iqtisadi və siyasi sahədə deyil, həm də milli ruhun, vətən sevgisinin simvoluna çevrilmişdir. Onun xalqla bir olan qətiyyətli duruşu, sadəliyi və səmimiyyəti biz neftçiləri də ruhlandırır, güc verir, çalışmağa həvəsləndirir.


Bu gün neftçilər Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtiramı dərindən hiss edir. Neftçilər olaraq biz fəxr edirik ki, belə bir liderin əsgərləriyik. Onun “neft Azərbaycanın milli sərvətidir, amma insan kapitalı hər şeydən üstündür” fikri bizə yol göstərir. Bu dəyər bizə təkcə istehsalat göstəriciləri ilə deyil, həm də insan münasibətləri, əməkdaşlıq və dürüstlük prinsipləri ilə işləməyi öyrədir.


Mən bir rəhbər olaraq, bir vətəndaş olaraq və bir azərbaycanlı olaraq qürurla deyirəm – biz möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclü, daha da müasir və müstəqil Azərbaycan uğrunda birgə çalışırıq. Bu yolda Ona uğurlar və möhkəm can sağlığı arzulayıram. Biz hər zaman Sizin arxanızdayıq, cənab Prezident!


Allah Sizi qorusun! Yaşasın Azərbaycan, yaşasın onun Lideri – İlham Əliyev!”

Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsinin rəisi Ayaz Bağırovun ürək sözləri Prezident İlham Əliyev haqqında

Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsinin rəisi Ayaz Bağırovun ürək sözləri Prezident İlham Əliyev haqqında

Reklam xəbər

Ən Çox Oxunanlar