Dörd il sonra Rusiyadan gələn təyyarə Tbilisidə etirazlara səbəb oldu

Dörd il sonra Rusiyadan gələn təyyarə Tbilisidə etirazlara səbəb oldu

Rusiyada Moskvanın Vnukovo hava limanından Gürcüstanın Tbilisi şəhərinə dörd ildən sonra ilk birbaşa uçuş həyata keçirilib.


Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çoxlu sayda polis cəlb edilib.


Rusiya-Gürcüstan hava əlaqəsinin bərpasına qarşı çıxan Gürcüstan müxalifətinin və qeyri-hökumət təşkilatının bəzi nümayəndələri isə aeroport ərazisində etiraz aksiyası təşkil ediblər.


Bəzi şəxslər hətta polis kordonunu yararaq hava limanın ərazisinə soxulublar.


Ərazidə polislə etirazçılar arasında toqquşmalar yaşanıb.