Xəbərlər
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 21-də qeydə alınıb.
Bakı şəhər sakini 1984-cü il təvəllüdlü F.Quliyev münaqişə zəminində bacısı 1986-cı il təvəllüdlü Ruhiyənin döş qəfəsinə bıçaqla xəsarət yetirib.
F.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026