Bakıda arvadına və qızına şiddət göstərən şəxsin kimliyi BİLİNDİ

Bakıda arvadına və qızına şiddət göstərən şəxsin kimliyi BİLİNDİ

Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülər araşdırılıb:

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.