Xəbərlər
Azərbaycanlı Zahid Rzayev Rusiya-Ukrayna müharibəsində həlak olub.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, Masallı rayonunun Böyük Kolatan kəndində anadan olan və Rusiya Federasiyası vətəndaşı Zahid Kamran oğlu Rzayev Rusiya-Ukrayna müharibəsində gedən döyüşlərdə həlak olub.
Onun nəşi doğulduğu Böyük Kolatan kəndində dəfn olunacaq.
Mərhum ailəli olub, bir övladı var.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2025