Xəbərlər
Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.
Kanal1.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
64 yaşlı Əhliman Səlim oğlu Hacıyev yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026