"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
Kanal1.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda İspaniyanın "Barselona", Almaniyanın "Borussiya Dortmund", İtaliyanın "Napoli" və Çexiyanın "Slaviya Praqa" klubları ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə İngiltərənin "Arsenal" və "Mançester Yunayted", İspaniyanın "Vilyarreal" və Norveçin "Vikinq" komandaları ilə üz-üzə gələcək.
Beləliklə, "Sabah" Liqa mərhələsində dörd oyunu Bakıda, dörd qarşılaşmanı isə səfərdə keçirəcək.