Azad edilən ərazilərdə 10-a yaxın məscid inşa olunur

Azad edilən ərazilərdə 10-a yaxın məscid inşa olunur

“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış kilsələr də var:

“Məscidlərlə yanaşı kilsələr də təmir olunur. Onlar erməni işğalçılar tərəfindən amansızlıqla dağıdılıb. Mən görürəm ki, cənab prezident o yerlərə qarşı çox diqqətlidir”.