Prezidentin xüsusi mesajı: Xankəndi üçün məhz 2024...



Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciəti müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixində bir ilk idi, çünki dövlət başçısı ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkənin xalqına müraciət edirdi.

Publika.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında "Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal qeyd edib ki, Prezidentin müraciətində ən mühüm məqamlardan biri Xocalı və Xankəndi ilə bağlı verdiyi müjdədir:

"Dövlət başçısı bəyan etdi ki, bu il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək, eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Xocalıların öz evlərinə qayıdışı Xocalı soyqırımının dünyada tanınması məsələsinə xüsusilə təkan verəcək, çünki indiyə qədər soyqırım haqda xatirələrə istinad edilirdisə, bundan sonra Xocalının hər daşı, hər qayası bu soyqırımın canlı istinad nöqtəsi olacaq”.

A.Camal hesab edir ki, azərbaycanlıların Xankəndiyə qayıdışı isə Qarabağ məsələsinin tamamlanmasının son mərhələsi olacaq:

"Erməni sosial şəbəkələri və ictimai fikrini izləyənlər yaxşı bilir ki, Qarabağdan könüllü miqrasiya edən ermənilərin mütləq əksəriyyəti geri qayıtmaq fikrində deyil, hətta onların bir hissəsi heç Ermənistanda da qalmır və artıq 5 mindən çoxu xarici ölkələrə üz tutub. Ermənistan rəhbərliyi də Qarabağdan köçən erməniləri geri qaytarmaqda maraqlı deyil, əksinə, onları Zəngəzura yerləşdirmək üçün çalışır, çünki bu bölgədə əhalinin sayı kəskin azalıb. Rusiyalı politoloq Modest Kolerov ötən ay dəqiq rəqəmlər səsləndirmişdi, bildirmişdi ki, 1991-ci ildə bu ərazidə 42 min erməni yaşayırdısa, indi orda 7 min sakin qalıb və bu, Ermənistan hakimiyyəti üçün həyəcanvericidir. Hətta Xankəndiyə qayıtmaq istəyən erməni olsa belə, bu, yaxın vaxtlarda mümkün olmayacaq və ona qədər artıq azərbaycanlılar Xankəndidə tam şəkildə yerləşəcəklər. Bu baxımdan Prezident İlham Əliyev Xankəndi və Xocalıya qayıdışı 2024-cü il üçün prioritet elan etdi".

A.Camal vurğulayıb ki, Prezident çıxışında həm Ermənistana, həm də ermənilərin Qərbdəki havadarlarına da xəbərdarlıq etdi:

"İkili standartların hökm sürdüyü Qərbə mesaj verdi ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz milli maraqlarına uyğun siyasətindən əl çəkməyəcək. Ermənistan rəhbərliyinə də mesaj verdi ki, baş verənlərdən dərs çıxarsın, bundan sonra Azərbaycanın qəzəbinə tuş gəlməsin. Sonda "Dəmir yumruğ”un hər zaman yerində olacağını deyən dövlət başçısı Azərbaycana qarşı mümkün təhlükələrə necə cavab veriləcəyini də göstərdi”.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər