İlham Əliyev: “Biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoysun”


Prezident İlham Əliyev "Euronews” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib:

"Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilib və keçən dəfə "Euronews”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadrat kilometr olan ərazi dağıdılıb”.

Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib:

"Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Bir sözlə, biz, qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoysun və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər