Xətai bu günü görsəydi…Adına olan rayonda Quliyev-Cümşüdov necə varlanır?

 

Turantv.az:- Şah İsmayıl Xətai yaşasaydı, onun adını daşıyan paytaxt rayonunun ta keçmiş icra başçısı Razim Məmmədovdan indiyədək məmurların nə kökə saldığına şahid olub bir bayatı qoşardı. Şah babamızın adına olan rayona bu münasibətin sərgilənməsi həqiqətən təhqiramizdir. Səfəvilər dövlətinin – bütöv Azərbaycanın yaradılmasına ilk dəfə nail ola bilmiş Xətainin adı olan Bakı rayonunda indi məmurlar özlərini lap qızılbaşların düşməni Fərrux Yəsarın adamları kimi aparırlar. Soruşa bilərsiniz ki, məmuriyyət Xətai rayonunda nə edir belə?
 
Daha nə etmir ki?! Dövlət qulluqçusu kimi vəzifəsinin öhdəsindən gəlmək istisna, hər bir əməlin yiyəsidirlər – yaşıllıqların məhvi, səkilərin, yolların zəbti, onların yerində yerli icra hakimiyyətinin sərəncamı ilə tikintilər…
Bakının heç bir rayonu bu dərəcədə qəsbə, hücuma məruz qalmayıb. Hətta sabiq başçısı Razim Məmmədovun gedişindən sonra da ağacların qırılması dayanmadı. Açığı, Xətaidə artıq ağac da qalmayıb, bu məmurlar və iş adamları kəsmək üçün hardan tapırlar, çox maraqlıdır. Sanki Xətai rayonun yadelli işğalçılar hücum edib və bu gözəl ərazilərdən intiqam alırlar. İntiqam demişkən,
 
Rubrika.Az xəbər verir ki, informasiya portallarında diqqətimizi çəkən İntiqam Cümşüdov ad-soyadı oldu. Rayonun icra başçısı Rafiq Quliyevin komandasına daxildir. Əslində böyük bir vəzifə də yoxdur, amma bununla belə Xətai rayonunda özünü Səfəvi imperatoru kimi hiss etməkdədir.
Mətbuat iddia edir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəis müavini olan İntiqam Cümşüdov bəlkə də rəisdən də geniş imkanlara malikdir. Qəribədir ki, MKTB rəisinin müavini nə qədər maaş alır, nə qədər qazanır belə?! Axı dövlətin verdiyi məvaciblə Xətai kimi bahalı rayonun mərkəzi Gəncə prospektində çoxsaylı obyektlərə sahiblənmək asan iş deyil. Yəni Gəncə prospektində bir obyektin kvadratının neçə min olduğunu orada yaşayanlar əla bilirlər. Amma saytların da yazdığı kimi, rəis müavini vəzifəsini daşıyan İntiqam Cümşüdov həmin prospektdə bir yox, bir neçə əmlakın sahibidir. Belə iddialar səslənir ki, ona bu şəraiti yaradan icra başçısı Rafiq Quliyev olub.
Çünki aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun Gəncə prospektində dəyəri yüzminlərlə olan obyektlərə yiyələnməsi yalnız İH rəhbərinin dəstəyi ilə ola bilər. O zaman belə güman etmək olar ki, icra başçısı ya şərikdir, ya da onun adına çıxarmaqla məsuliyyətini yüngülləşdirib.
 
Sual oluna bilər ki, hansı məsuliyyətdən söhbət gedir? Bunun da cavabı var – dövlət məmuru bizneslə məşğul ola bilməz. Əgər onun biznes obyektləri varsa, hansı yolla əldə etdiyi dərhal təftiş olunur. Bu halda obyektlərin büdcə pullarının silinməsi, yaxud maxinasiya yolu ilə əldə edildiyi aşkarlansa, korrupsiya elementi sayılacaq.
Görünür ki, İntiqam Cümşüdovun vəzifəsinin kiçik olması nəzərə alınaraq, diqqətdən kənarda qalacağı hesablanıb. Hər halda MKTB rəis müavini olan İntiqam Cümşüdovun bir "kiçik padşah” və ya zəngin məmur olduğu sirr deyil. Bu da onu diqqət mərkəzinə gətirib. Eyni zamanda, yuxarı instansiyalar onun fəaliyyətini və obyektlərə necə sahib olmasını təqib etməmiş deyillər.
 
Ümumiyyətlə, Xətai rayonuna dövlətin ciddi nəzarətinə ehtiyac var. Əks halda rayondan əsər-əlamət qalmayacaq: yaşıllıqların məhvi, məmurların rayonu cənginə alması nəticəsində…
Ən dəhşətli məlumat ondan ibarətdir ki, Xətai rayonunda obyekt, ev və başqa tikililərin icra hakimiyyətindən inşasına "icazə” alınması məsələlərinə də məhz İntiqam Cümşüdovun baxdığı iddia edilir. Onun kifayət qədər fərasətli biri oluğu deyilir. Xətai rayonunda həm nüfuzu, həm geniş əlaqələri, həm də dili-dilçəyi olduğu üçün bu işlərin qeyri-rəsmi həlli məsələləri ona həvalə edilib. Deməli, İ.Cümşüdov yetərincə səriştəli, bacarıqlıpul qazanmağı bilən məmurdur. Ona görə də icra başçısı rayondakı bu işləri ona tapşırıb, böyük etimad göstərib. Bu da təsadüfi deyil, təcrübəsi var. Çünki İntiqam Cümşüdov daha əvvəl də paytaxtın Binəqədi rayon başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi işləyib. Ona görə də Xətai rayonunda MKTB rəisinin müavini işləyərkən təkcə bu vəzifəsi ilə fəaliyyət dairəsi məhdudlaşmayıb, həm də İH rəhbəri Rafiq Quliyevin rayondakı işlərini görməklə paralel özü də obyektlərə sahiblənib, varlanıb. Nə deyirik, məşhur el misalı var – "Bacarana can qurbandır”, amma baxır necə… Hər halda biz bu iddialarla bağlı adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Rubrika.Az

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər