Gündəm
20.10.2023, 08:20
Əhalinin Şuşaya köç tarixi açıqlandı
Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.
"Turantv.az” xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
A.Kərimov bildirib ki, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonuna yekunlaşacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay