Lerikdə NƏFƏSİMİZİ KƏSƏN KİMLƏRDİR? – NARAZILIQ VAR…

 

 

Lerik rayonunun meşələrində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlər səngimir. Rayon sakinlərinin bildirməsinə görə, meşələr ildən-ilə tükənir.

"Qızılağacın tamamilə yoxolma təhlükəsi var”
Adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, bəzi məktəblər, mavi yanacaq çəkilməyən kəndlər odunu meşədən aparırlar. Onun vurğulamasına görə, meşədə qiymətli ağaclar da ayrıca doğranıb satılır: "Oduncaq kimi daha çox dəmirağacına, nilə üstünlük verirlər. Bu ağaclar yaxşı yanır, közü olur. Qızılağacın tamamilə yoxolma təhlükəsi var. Mən başa düşmürəm ki, sənədsiz maşınlar ağacları uzaq məsafəyə necə aparırlar? Meşəyə nəzarət edənlər, yol polisləri var….”.

Şikayətçilərdən biri də Lerik rayonu Mistan kənd sakini, sabiq meşə gözətçisi İdrak Qədimovdur. O, meşəni talayanlarla mübarizə apardığına görə işdən uzaqlaşdırıldığını iddia edir: "Meşə gözətçisi işləyirdim. İşlədiyim müddətdə töhmətim olmayıb. Meşədə qanunsuz ağacların kəsilməsinə yol vermirdim. Ərazidə fəaliyyət göstərən işbazların ayağını meşədən kəsdim, buna görə də məni ilişdirdilər. Meşədə məndən xəbərsiz ağac kəsdilər, yıxdılar boynuma. İşimi verdilər məhkəməyə. Mənə 2 il ev dustaqlığı kəsiblər, cərimə ediblər”.

"Vaxtaşırı yaşıl ağaclar kəsilir”
Onun sözlərinə görə, meşənin talanmasına göz yuma bilmir, qanunsuzluqlarla bağlı əlində tutarlı faktlar var: "Kəndimizin yaxınlığında olan meşəni diqqətdə saxlayıram. Vaxtaşırı olaraq yaşıl ağaclar kəsilir. Əlimdə kifayət qədər sübut var. Regional idarəyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çağrı mərkəzinə zəng etmişəm. Heç bir tədbir görülmür”.

"Bir maşın ağacın qiyməti 2-3 min manatdır”
Lerik rayon sakini Mais Hüseyn də meşədə qanunsuz ağacların kəsilməsini pisləyir. O deyir ki, son aylar meşədən "işlik”(ağac material) daşıyan maşınların sayı da artıb: "Bir maşın ağac materialın qiyməti 2-3 min manatdır. Materiallar mebel fabriklərinə, tara sexlərinə və digər yerlərə daşınır. Burada böyük qazanc olduğu üçün çoxlarının əli var. İşlik daşıyan yük maşınlarını Brkandul və Vistən kəndlərin yollarında hər gün görmək olur. Bu maşınlar işbazlara məxsusdur. Onlara "gözün üstə qaşın var” deyən yoxdur”.

Onun sözlərinə görə, Lerik meşələrində nəzarətsizlik var: "Belə hal 90-cı illərdə baş vermişdi. Kütləvi şəkildə meşələrdə qiymətli ağacları kəsib aparırdılar. İndi təkrar olunur. Bununla bağlı müxtəlif instansiyalara müraciət etmişəm, hələ ki, nəticəsi yoxdur”.

Şikayətlərlə nə Daxil İşlər, nə də Ekologiya və Təbii Sərvətlər nazirliklərindən, hələlik, münasibət öyrənmək mümkün olub.

İcra hakimiyyətindən deyilənlər…
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, rayonda 56 yaşayış məntəqəsi qazlaşdırılıb, 106 kənd yanacaq kimi odundan istifadə edir: "Qayda belədir ki, hər vətəndaş meşədən odun gətirmək üçün ödəniş etməlidir”.

Müavin vurğulayır ki, belədə hər şey qanuni həyata keçirilir, qurumuş ağacların qalıqlarından istifadə edilir: "İstəsək də, istəməsək də, ağacların qanunsuz kəsilməsi halları baş verir. Regional idarədən deyirlər ki, belə hallar yoxdur. Rayona yeni polis rəisi gəlib, o, bu məsələlərə diqqət verir”.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər