Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…


Aylar öncə - may ayının 10-da Şuşadaydıq. Buradakı tədbirlərdə iştirak üçün getmişdik. Sərgilər, musiqi törəni, bayram əhval-ruhiyyəsi... hər şey son dərəcə gözəl idi, Şuşanın özü kimi. "İz" filmini də ilk dəfə orada izlədik. Yanılmıramsa, premyera idi.

O filmi sizə necə təsvir edim? Hisslərimi, təəssüratımı necə ifadə edim?..

Araya-ərsəyə gətirənlərin əməyinə, ürəyinə əhsən! Böyük Heydər Əliyevi məncə, bundan daha gözəl, daha içdən, daha dərin təqdim etməyə, göstərməyə, tanıtmağa yəqin ki, heç kəsin gücü yetməzdi. Nə qədər nəhəng bir şəxsiyyət olduğunu onun öz səsiylə, öz danışığıyla, maneralarıyla, bədən diliylə, üz ifadələriylə daha necə təqdim etmək olardı ki!

İzləyənlər bilir, əvvəldən axıradək özü, məhz özü danışır mərhum Əliyev. Bəli, bəli, özü. Baxmayanların bu filmə mütləq baxması lazımdır, onda nə demək istədiyimi anlayacaqsınız: Heydər Əliyevin ən müxtəlif vaxtlarda, müxtəlif tədbirlərdə və görüşlərdə etdiyi çıxışlardan ən önəmli, ən ilginc, ən tarixi məqamlar məharətlə toplanaraq elə ardıcıllıqla verilir ki, bu ardıcıllığa heyrət edirsən. Sanki Heydər Əliyevlə söhbət edirsiniz, o danışır, siz dinləyirsiniz. Və ən önəmlisi, o nəhəng insan bu gün gözümüzün önündə baş verənləri, içində olduğumuz hadisələri, iştirakçısı və şahidi olduğumuz ən yeni tariximizi sanki anbaan, addımbaaddım, epizod-epizod bizə nəql edir...

Sən demə, biz fərqində deyilmişik, əslində o Böyük İnsan 30 il, 25 il, 20 il öncə bugünkü tariximizi görürmüş, bizə də göstərirmiş, "yol xəritə"sini çəkirmiş. O qədər təsirli məqamlar var, izlədikcə göz yaşlarını saxlaya bilmirsən: Bu qədər fəhm, uzaqgörənlik, müdriklik necə ola bilər?!

Ən ilginc məqam bilirsiniz, nədir? Qarabağ qələbəsi ilə bağlı toplumun ən ümidsiz anlarında belə mərhum Heydər Əliyev Qarabağa qayıdacağımıza inanıb. Və sadəcə inanmaqla kifayətlənməyib, bu qayıdışın, qələbənin təmin olunması üçün dövlət siyasətini və resurslarını bütün sferalarda bu prosesə yönləndirib, baş verə biləcək hər şeyi zərgər dəqiqliyilə hesablayıb.

"Mən əminəm ki, mənim yarımçıq qalan işlərimi İlham Əliyev başa çatdıracaq” deyəndə sanki bu günləri görürmüş. Siz müdrikliyə və əminliyə, güvənə baxın! Məncə, bu Heydər Əliyev siyasətinin və dühasının təntənəsidir...

Və bu gün - 44 günlük savaşdan sonra xalqa qələbə müjdəsini verərkən "ata vəsiyyətini yerinə yetirdim” deyən İlham Əliyev cəmi 24 saata, hətta 23 saat 43 dəqiqəyə Xankəndiyə - Xanın kəndinə gedən yolu açır... Möcüzə!

Bu, həqiqətən möcüzədir və İlham Əliyev siyasətinin, Qarabağ sevgisinin təntənəsidir. 3 ildir ki, biz sanki möcüzəvi hadisələrin tam ortasındayıq. Bir vaxtlar cəmi 30 il sonra Qarabağın azadlığını, yəni bu tezliklə azadlığını təsəvvür edə bilmədiyimiz kimi, 3 il sonra Xankəndidə gizlənmiş qanunsuz silahlıların bu sürətlə təslim olacağına, ağ bayraq qaldıracağına inana bilirdikmi?

Qısa zaman kəsiyində 90-dan artıq döyüş məntəqəsi azad edilib və silah-sursat zərərsizləşdirilib. Ən az itki ilə və ən qısa vaxtda! Proseslərin bu qədər sürətlə, həm də xeyrimizə dəyişəcəyini düşünmək o vaxt da asan deyildi, indi də asan deyil.

Sabah isə separatçılar Yevlaxa danışıqlara gəlir...

Bu, bir qələbədir təbii, misilsiz qələbə! Dövlətimizin, Ordumuzun, diplomatiyamızın. Amma eyni zamanda, İlham Əliyevdən bir "master-klass” nümayişidir.

Xatırlayıram ki, 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanat imzalananda, Ermənistan faktiki kapitulyasiyaya məcbur ediləndə içimizdəki "əlibaltalılar” qələbəmizi "yarımçıq” adlandırır, 44 günlük savaşda əldə olunmuş misilsiz uğurlara şəbədə edir, "Ordu niyə Xankəndiyə girmədi” deyə ölkə rəhbərliyini "məğlubiyyət”də ittiham edirdilər. O görgüsüzlərə aydın deyildi ki, İlham Əliyev "mən nəyi nə vaxt, necə etməyi yaxşı bilirəm” deyəndə əslində az sonra baş verəcək olayların anonsunu elan edirmiş. Spontan, səbəbsiz heç nə baş verməyib bu coğrafiyada, bu ölkədə. Hər şey öncədən düşünülüb, ən xırda detalınadək planlaşdırılıb, sonra reallaşdırılıb. Döyüşəndə də, dayananda da, addım-addım irəliləyəndə də prosesi dəmir yumruqla yanaşı, dəmir məntiq, iradə müşayiət və idarə edib...

***

Prosesləri həyəcanla və qürurla izləyirəm. Şükr edirəm, dua edirəm. Heyrətamiz və misilsizdir cənab İlham Əliyevin gedişləri. 1988-ci ildən üzübəri dinc azərbaycanlılara dəhşətli əzab-işgəncələr, müsibətlər yaşatmış, Ermənistanda yaşayan azərbaycanlı əhalini ev-eşiyindən didərgin salmış, Xocalı vəhşətini törətmiş ermənilərə, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə yüksək ləyaqətlə humanizm nümayiş etdirilir. Lokal antiterror tədbirləri zamanı bircə mülki erməninin burnu qanamayıb, əksinə, onlar üçün rahat və təhlükəsiz yerlər təşkil edilib, ərzaqla, isti yeməklə təmin ediliblər. Yayılan video və fotolarda mülki ermənilərin zərər çəkməsi ilə bağlı bircə nümunə yoxdur. Hətta Xankəndi şəhərində kiçik dağıntı belə yoxdur.

Bu, təkcə Ermənistana yox, bütün dünyaya bir ləyaqətli davranış göstərisidir;

Bu, Azərbaycan xalqının yüksək mədəniyyəti və əxlaqının göstərisidir ki, biz əliyalın insanlara, qadınlara, uşaqlara, yaşlılara toxunmuruq;

Bu, bir Ordunun qarşısına qoyulan tapşırığı necə zərgər dəqiqliyi ilə, səhvsiz, bir metr yayınma olmadan yerinə yetirməsinin sübutudur;

Bu, İlham Əliyev şəxsiyyətinin böyüklüyünü, ləyaqətli bir siyasi lider olduğunu, düşmənlə də ləyaqətlə davrandığını bir daha və bir daha göstərir.

Yaxşılığa yaxşılıqla cavab verməyi hər kəs bacarar, amma yamanlığa qarşı yaxşılıqla duruş gətirmək ərlik və ərdəmlik istər. Bəlkə də yetərincə fərqində deyilik, amma düşünməli, dərs çıxarmalı yetərincə örnəklər var.

…Hələ də sosial şəbəkələrdə ermənilərdən daha çox "ermənilik” edən azərbaycanlılar var. Misilsiz uğurlara içdə qısqanclıq, üzdə xainlik edən müxalif "danabaşlar” var. Anlamırlar ki, bu bir tarixi fürsətdir. Bu tarixi fürsətdən ustalıqla yararlanmaq isə liderlik məharətidir. İlham Əliyev bu dövlətin və xalqın şansıdır, Tanrının bu xalqa və dövlətə lütfüdür. Bunu görmək, anlamaq, bu ölkədə siyasətlə məşğul olmağın bir mədəni yolunu, üsulunu seçmək lazımdır.

***

Və bitdi. Azərbaycan torpaqlarında müharibə də, münaqişə də bitdi. Cəmi 23 saat 43 dəqiqəyə! İlham Əliyev Azərbaycan tarixinə Əbədi İzini, Əbədi İmzasını qoydu. 3 ildir gözlədiyimiz Müraciətdə bütün nigarançılıqlara, narahatlıqlara həmişəlik son qoydu: "Xankəndini, Xocavəndi, Xocalını, Ağdərəni tikib quracağıq, cənnətə çevirəcəyik” dedi. Yəni artıq Xankəndi də, Xocavənd də, Xocalı da, Ağdərə də Azərbaycandır...

Tanrı Azərbaycanı qorusun!

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər