BQXK-nın gizli oyunu: “Yazıq” erməni, ərzaq yetişmədi...


Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ın Xankəndiyə keçidi gecikir.

"Report” xəbər verir ki, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımla yüklənmiş TIR hələ ki, Bərdə rayonunda dayanır.

Belə ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Görünən odur ki, Rusiyanın bu "qardaş” köməyinin qarşısını yalnız Qərb dairələri kəsə bilər. Bölgədə sülhün əldə olunmasını istəməyən, ikili standartlardan çıxış edən Qərb Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əli ilə öz siyasi maraqlarını həyata keçirmək niyyətindədir. Avropa İttifaqı rəsmilərinin aşkar və ziddiyyətli bəyanatları da buna bariz nümunədir. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrelin "Ağdam-Xankəndi marşrutu Laçın yoluna alternativ sayıla bilməz” kimi bəyanatı da bu qəbildəndir.

Beynəlxalq Qızıl Xaç Komitəsi isə məsələyə selektiv yanaşmaqla, nəinki öz missiya və öhdəliklərini yerinə yetirmir, hətta Qərb dairələrinin diqtəsi altında pozuculuqla məşğuldur. Bu, onu göstərir ki, təşkilat təyinatı üzrə humanitar deyil, hansısa Qərb təsisatının departamenti kimi mövcuddur. Başqa sözlə, BQXK geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində saplarla idarə olunan kukladır.

Bunun səbəbini anlamaq üçün BQXK-nı təsis edən dövlətlər sırasında kimlərin olduğuna diqqət çəkmək kifayətdir. Götürək elə ermənilərin "bacı”sı rolunu məharətlə ifa edən Fransanı. Bütün dövrlərdə ermənipərəst mövqeyini aşkar şəkildə bildirən Paris "bacı”ları üçün göndərilən ərzağın qarşısını niyə alır? Cavabı çox sadədir. Ona sadə erməninin qarnının ac olması maraqlı deyil, çünki Fransa öz "bacı”sından geosiyasi maraqları naminə istifadə edir.

BQXK dünyanın müxtəlif ərazilərində humanitar missiyaları icra edən beynəlxalq təşkilat olsa da, Azərbaycanda başqa "xidmətlər” göstərir. Hazırda ərzaq dolu yükün də gecikməsi təşkilatın Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair ciddi şübhələr yaradır. Müstəqilliyi şübhə altında olan "humanitar” təşkilatın məkrli planlar arxasınca qaçması, üzərinə götürdüyü humanitar missiyaları riyakar planlar üçün alətə çevirməsi da bunu sübut edir. Çünki hansısa ölkənin düşməninin girə bilmədiyi, orduların müdaxilə imkanlarının olmadığı, casuslar üçün əlçatmaz olan ərazilər, bəlkə də, BQXK üçün o qədər də uzaq görünmür. Ona görə də humanitar missiya adı altında təşkilat mandatından kənar fəaliyyətlərə yönələ və ya yönləndirilə bilir.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər