Ukrayna 3 PUA ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd göstərib. APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum edən bütün PUA-lar məhv edilib. Onlardan biri Moskva şəhərində tikilməkdə olan bina ilə toqquşub, heç kim xəsarət almayıb.