Yasamal İcra və Probasiya Şöbəsi KİMİN ƏMRİNDƏDİR? – Hər halda dövlətin əmrində görünmür…

 

 

"Yasamal İcra və Probasiya Şöbəsində kiminsə göstərişi Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarından üstündür. Məhkəmə icraçısı Erol Kazımlı açıq-aşkar deyir ki, mənə rəis göstəriş verib ki, Mövlam Şıxəliyevgilin, Sahib Ələkbərovun işi üzrə hər hansı bir icra işi görmə, icra işi dayandırılsın”. "MTN işi” üzrə zərərçəkənlərdən olan Qulam Bağırov belə deyir.

Turantv.AZ-ın məlumatına görə, "Yeni Müsavat”a müraciət edən zərərçəkən bildirib ki, 2023-cü ilin aprel ayında Bakı Apelyasiya Məhkəməsi Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digər iki şəxsin cinayət işi üzrə qərar verib: "Həmin qərarla bir daha təsdiqləndi ki, MTN-in keçmiş şöbə rəisi Sahib Ələkbərov Mövlam Şıxəliyevin rəhbərliyi altında, mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənə qarşı cinayət törədiblər. 2009-cu ildə məni qanunsuz olaraq həbs ediblər, həbsdə olduğum dövrdə yaşlı anamı aldadaraq mənim ölüm ayağında olduğumu bildiriblər. Bunu edən birbaşa Sahib Ələkbərov olub. Anam məcbur olub mənim ailəmi 2 azyaşlı övladımla bərabər öz evinə köçürüb mənim evimi, maşınımı, bütün ələ gələn əmlakımı sataraq 135 min dollar pul toplayıb. Həmin pulu Sahib Ələkbərov ailəmdən alandan sonra barəmdə saxta ekspertiza rəyi verilib ki, guya ağır xəstəyəm. Həmin rəyə istinad edib məni zaminə buraxıblar. Üstəlik, qondarma ittiham üzrə barəmdə məhkəmə hökmünün çıxmasına nail olublar.

Mən həbsdən azad olandan sonra mənə qarşı cinayət törədilməsindən şikayət etmişəm. Lakin Eldar Mahmudov vəzifədə olduğu müddətdə şikayətimə baxan olmayıb. 2015-ci ildə cənab Prezident İlham Əliyev MTN-dəki cinayət yuvasını darmadağın edəndən sonra şikayətim üzrə araşdırma başladı, Mövlam Şıxəliyev başda olmaqla Sahib Ələkbərov və digərləri istintaqa cəlb olundular, həbsə alındılar. Mən zərərçəkən qismində tanındım. Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digərlərinin cinayət işinə baxıldı və barələrində ittihamedici hökm çıxarıldı. Eyni zamanda mənim Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəyə – özəlliklə Sahib Ələkbərova qarşı 135 min dollarlıq mülki iddiam da tam şəkildə təmin edildi. Bunu Bakı Apelyasiya Məhkəməsi də öz qərarı ilə həmin hökmü və mülki iddiamı qüvvədə saxladı. Bakı Apelyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarında yazılır:

"Zərərçəkmiş şəxs Bağırov Qulam Davud oğlunun mülki iddiası təmin edilməli, 135.000 ABŞ dollar (tutulduğu gün Mərkəzi Bankın məzənnəsi ilə manatla) və iddianın təmin edilmiş hissəsinə mütənasib 519,50 manat dövlət rüsumu təqsirləndirilən Sahib Ələkbərovdan tutularaq Qulam Bağırova qaytarılmalıdır.

Yasamal İcra və Probasiya Şöbəsində isə icraçı Erol Kazımlı deyir ki, rəis göstəriş verib ki, məhkəmənin qərarını icra etmə! Yasamal İcra və Probasiya Şöbəsi məhkəmə hökmünə əsasən cinayətkar elan olunan Sahib Ələkbərova faktiki olaraq havadarlıq edir. Onun məndən cinayət yolu ilə aldığı pulun qaytarılmasını təmin etməkdən qanunsuz şəkildə yayınır. Bu adamlar cənab Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı sərəncamlarını, çağırışlarını sanki heç eşitməyiblər, prezidentin ardıcıl çıxışlarına məhəl qoymurlar”.

Zərərçəkən deyir ki, məhkəmə qərarının qanunsuz şəkildə icra edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət təqdim edib: "Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1 (103)-1/2023 saylı 04.04.2023-cü il tarixli qərarı aidiyyəti üzrə təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlunun qeydiyyatda olduğu Yasamal rayon icra şöbəsinə həvalə olunub. Son qərara əsasən 135 000 (yüz otuz beş min) ABŞ dolları və 519,50 (beş yüz on doqquz manat əlli qəpik) təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlundan tutulub mənə qaytarılmalıdır. Amma əfsuslar olsun ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Erol Kazımlı bu günə kimi mənə ödənişlə bağlı boş vədlər verdi, 11.07.2023-cü il tarixdə isə mənim işimin icrasının dayandırılmasına rəhbəliyi tərəfindən göstəriş verildiyini bildirdi. Səbəbini soruşduqda cavab verə bilmədi. Yasamal Rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarını qəsdən icra etməməsi, mənim qanuni hüquq və mənafeyimi kobud surətdə pozur. Möhtərəm cənab Prezidentdən xahiş edirəm ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarını icra etməməsi ilə bağlı qanuni tədbir görülməsinə göstəriş verilsin”.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər