AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində ÖZBAŞINALIQ – BU NƏDİ BELƏ?

 

 

Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızı növbəti dəfə redaksiyamıza müraciət ünvanlayıb. Üç gün əvvəlki müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi. Biz bu müraciət əsasında "Qoşqar Təhməzlinin ərköyün kadrları…-Onlar həm suçlu, həm də güclüdür” sərlövhəli yazı dərc etmişdik.

YAZISI BURADA: AQTA-da CƏNGƏLLİK QANUNLARI… – BUNUN BAŞQA ADI YOXDUR…

Budəfəki müraciətində Validə xanım bir daha oğlunun haqsız olaraq təhqir olunub, döyülməsini xatırladır və hüquq-mühafizə orqanlarına müraciət etdiklərindən bəhs edir:

Oğlumun AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında 28.12.2022-ci il tarixdə sektor müdiri tərəfindən döyülməsi ilə bağlı bütün qanuni müraciətlərimizə baxmayaraq biz heç cür həqiqətin aşkara çıxarılmasına nail ola bilmədik. Nə yaxşı ki, oğlum və mən həmin gün həkimə, hüquq-mühafizə orqanlarına müraciət etmişik. Həkimin verdiyi tibbi-ekspertiza rəyində oğlumun sifətində və gicgahında zərbə izi olduğu faktına görə sektor müdirinə inzibati tənbeh verildi. Lakin oğlum da "sən özün öl” cavab ifadəsinə görə inzibati tənbeh olundu. AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev oğlumu iş yerində işçilərin yanında döyüb-təhqir edən sektor müdiri haqqında "çox intizamlı, mədəni, öz üzərində çalışan” kadr olduğunu xarakterizə edən xasiyyətnamə verib, onun haqqında Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsilə açılmış cinayət işi məhz bu xassiyyətnaməyə əsaslanaraq bağlanılıb. Hətta oğlumun keçmiş iş yoldaşları belə Fərzəliyev tərəfindən təhrik edilərək bir-birini təkzib edən ifadələr veriblər. Belə ifadə veriblər ki, mən və oğlum orada dava-dalaş etmişik. Həmin ifadələrdən gələn nəticə budur: "Oğlum oturduğu yerdə birdən-birə öz-özünə qışqırıb, sektor müdirinə "sən özün öl” deyib, üzərinə gedib”. Qarşı tərəfin, yəni sektor müdirinin heç bir hərəkətini görməyiblər! Niyə ancaq şahidlərin ifadələrinə yer verilib? Bölmənin inzibati binasında, həyətində quraşdırılan müşahidə videokameraları niyə izlənmədi?
Həmin kameralardakı görüntülər əsasında bizimmi – yoxsa şahidlərinmi və sektor müdirininmi doğru deyib-demədiyi dəqiqliklə aydın olacaqdır. Həmin kameralardakı görüntülər incələnsəydi oğlumun iş otağının qapısından qaçaraq çıxdığını, dəhlizin divarına söykəndiyini, bu zaman çıxdığı iş otağından dəhlizə çay fincanı, stepler və digər yazı ləvazimatlarının "uçduğunu” görmək olardı. Mənim eşidib-bildiyimə görə üzərindən nə qədər çox vaxt keçmiş olsa da, mütəxəssislər vedeokameralardakı görüntüləri müəyyən texniki vasitələrlə təkrar geri qaytara bilər. Bəlkə həqiqəti aşkara çıxarmaq istərsiniz?! Həmin texniki vasitələrlə görüntülər geri qaytarılarsa, kimin doğru, kimin yalan dediyini aşkara çıxarmaq olmazmı?!
Bu hadisə baş verən zaman Bölmənin rəisi Fərzəliyev də orada olub. Bu niyə unudulub? Oraya kollektivə rəhbərlik etmək üçün göndərilməyibmi? Bu dəhşətli hadisə baş verir, lakin rəisə "gözün üstə qaşın var” deyilmir?! Oğlumun şərəf və ləyaqətinin təhqir olunmasına görə Şabran rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi də subyektiv mülahizələrə əsaslanaraq qəbul edilməyib. Apellyasiya Məhkəməsinə verdiyimiz şikayət də təmin olunmadı.
ƏLAVƏ SÖZƏ EHTİYAC VARMI?

Redaksiyadan: Müraciətdə yer alan iddialarla bağlı AQTA-dan açıqlama almaq istədik. Məsələni araşdırıb, mövqe bildirəcəklərini desələr də, olmadı(?)…/yenixeber.org/


 

Son xəbərlər

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Bütün xəbərlər