“Kəmalə İsgəndərovanın Şabran Rayon Polis Şöbəsi barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil” – XƏYAL TALIBOV
"Vətəndaş Kəmalə İsgəndərovanın Şabran Rayon Polis Şöbəsi barədə səsləndirdiyi fikirlər şəxsi mülahizələrdən ibarətdir, həqiqətə uyğun deyil”.
Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.
"Müraciət əsasında aparılan araşdırmalar zamanı həmin xüsusatda hər hansı cinayət faktı olmadığından cinayət işinin başlanılması rədd edilib.
Eyni zamanda əlavə olaraq bildirirəm ki, Sahil Süleymanov adlı şəxs Eynulla İsgəndərovun sifət nahiyəsinə bir dəfə şillə ilə vurmaqla ona fiziki ağrı yetirmişdir.
Odur ki, S.Süleymanovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə toplanmış materiallar baxılması üçün Şabran rayon məhkəməsinə göndərilib”, – deyə Xəyal Talıbov vurğulayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay