Prezidentin səlahiyyətli nümayəndəsi DQ-nin Şərurdakı hərbi hissəsində olub
Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub.

"Report”un yerli bürosu xəbər verir ki, martın 11-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub.

Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb.

Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və zirehli texnikaların nümayişi olub.

Hərbi hissə ilə tanışlıqdan sonra keçirilən tədbirdə əvvəlcə şəhidlərin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Nemətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri adından şəxsi heyəti Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edib. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Daxili Qoşunların keçdiyi böyük təşkilatlanma və inkişaf yolundan, hərbi qulluqçuların ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən danışıb. Daxili Qoşunların şəxsi heyətinin ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıqları hər an yerinə yetirməyə qadir olduğu vurğulanıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəxsi heyəti "Heydər Əliyev İli” və Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edərək deyib ki, Daxili Qoşunların yaranması günü məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Birinci Qarabağ müharibəsində həm şəhidlərimiz, eyni zamanda qazilərimiz olub. Uzun müddət ərzində səbirlə, təmkinlə yürüdülmüş siyasət məhz ona xidmət edirdi ki, həm ordunun, həm də daxili qoşunların maddi-texniki bazası təkmilləşdirilsin və müasir standartlara uyğunlaşdırılsın. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bu sahəyə diqqəti Azərbaycan Ordusunun və Daxili Qoşunların inkişafına səbəb olub. Bunun nəticəsində Vətən müharibəsində düşmənə layiqli cavab verildi. Əgər lazım olarsa, bundan sonra da rəşadətli övladlar yetişdirmiş bu torpaq və onun oğulları düşmənə yerini göstərəcək.

Sonda hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edilib.

Əsgər Xəyal Məmmədov yaradılan şəraitə görə ölkə prezidentinə minnətdarlığını bildirib.

Son xəbərlər

Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı

“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI… – BU NƏDİ BELƏ?!

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir?

Qarabağ Universitetinə təyin edilən rektor kimdir? – DOSYE

İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir…

Gəncə Dövlət Universitetində nələr baş verir? Kafedra müdirinin əməllərindən Rektorun xəbəri varmı?Şikayət

Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR… – BU NƏDİ BELƏ?!

“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı – “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır…

Bu da Masallının tenderYEYƏNLƏRİ… – İLGİNC SİYAHI…

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi – ƏNDİŞƏ VAR…

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Bütün xəbərlər