Gündəm / Manşet
10.06.2022, 11:25
Restoranda kütləvi dava: 2 nəfər bıçaqlandı
Novxanı qəsəbəsində kütləvi dava düşüb.
Lent.az xəbər verir ki, hadisə Novxanı-Corat şossesində yerləşən iaşə obyektlərinin birində qeydə alınıb.Bir neçə nəfərlə əlbəyaxa dava edən 1992-ci il təvəllüdlü Abulov Həmid Əlipaşa oğlu və 1990-cı il təvəllüdlü Əliyev Namid Natiq oğlu bıçaqlanıb. Onların hər ikisi bədənin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay