Gədəbəydə büdcə pullarını KİM YEYİR? - İTTİHAM VAR!

Kanal1.az RİA.az istinadən bildirir ki, Yəqin ki, Məsimov Şakir Rəhim oğlu adlı şəxsin bir cox sahələrdə müdür vəzifəsində çalışması və çalışdığı bütün sahələri iflic etməsi haqda əksər gədəbəylilər məlumatlıdırlar. İndiyə kimi bu şəxs belə bir iş üslubu ilə ad-san çıxarsa da, hansısa “gözəgörünməz güclər” onu Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə apara biliblər. Bu şəxs 2020-ci ilin əvvəlindən bu dövlət qurumunda əmək fəliyyətinə başlayır və çox keçmir ki, o, nümayəndəliyə kommunal məqsədlər üçün büdcədən ayrılmış 70 000 (yetmiş min) manat vəsaiti xərcləyir. Yəni, Şakir Məsimov bir müəssisə ilə müqavilə bağlayır və həmin vəsaiti müqavilə bağladığı MMC-nin hesabına köçürür. Köçürülən vəsaiti ilk əvvəl MMC nəğdiləşdirir və onu şəxsən Şakir Məsimova verirlər. Əldə olunan məlumata görə, bu şəxs əvvəlcədən MMC ilə sövdələşir və köçürülən pulun 20% MMC-ə çatır. Məsimov soyadını daşıyan bu vəzifə sahibi həmin pulu dədə malı kimi xərcləyir. Gözdən pərdə asmaq üçün isə o, bir neçə kiçik binanın dam örtüyünə nazik salofanla şifer vurdurur . Yəni, o, 12 ədəd kommunal (yaşayış) binasının bloklarını təmir etdirməli və bloklara qapılar qoydurmalı olduğu halda, heç bir iş görülmür.
Qeyd edək ki, Şakir Məsimovun xeyli vaxt öncə bir nəfər şəxslə söz-sobəti olur və həmin şəxs onun əməlləri ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə yazır. Bu məsələ ilə əlaqədar 2021-ci ilin noyabr-dekabr aylarında Maliyyə Nazirliyindən yoxlama gəlir və təxminən Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə 14 000 (on dord min) manatdan yuxarı cərmə yazırlar. Gədəbəyin parklarında, küçələrində və digər yaşayış ərazilərində yaşıllıqların salınması məqsədilə 50 000 (əlli min)manat vəsait ayrılsa da, heç bir iş görmədən həmin vəsait də oxşar qaydada mənimsənilir. Maliyyə Nazirliyindən gələnlər yoxlama işlərini apararkən, onlara köhnədən əkilmiş ağacları göstərirlər. Sonda həmin şəxslər Şakir Məsimovla danışıb-barışırlar və onunla bağlı heç bir cərimə-filan yazılmır. Bu şəxs büdcədən ayrılmış 70000 (yetmiş min) manat vəsaitə, bir evin üstünə 31 ədəd, hansı ki, altı metirlik uzunluğunda nazik dəmir (qırmizi rəngdə) şifer vurdurmaqla kifayətlənir. Bu cür insafsızlıq olar? Abadlıq işləri üçün ayrılmış 30 000 (otuz min) manat vəsaitə isə, 55 (əlli beş) kamaz markalı maşınla çay kənarından xır daşı və qum daşınaraq lazımi yerlərə tökülür. Yaşıllıq üçün ayrımş 20 000 (iyrimi min) manat vəsaiti də, MMC-nin vasitəsilə nəğdiləşdirərək mənimsəyir. Sonda da, bir ədəd olsun belə ağac əkmirlər. Uşaq bağçası təmir olunarkən, ayrılmış 15000 manat vəsaitin daha çox hissəsi mənimsənilir. Guya kuxna təmiri üçün bir otağa 70000 manat xəclənib. O da qeyd olunmalıdır ki, həmin otaq 2020- ci ildə Gədəbəy Rayon İçra Hakimiyyəti tərəfindən təmir olunmuşdur. Kuxnada bir taxdadan düzəldilmış arakəsməni dəyişmək üçün 7000 (yeddi min )manat pul silinir. Deməli iki ilin içində üstüstə 262 000 (iki yüz altmış iki min) manat dövlət büdcəsindən vəsait talan olunur. Bu gün Şakir Məsimov bu idarədən başqa idarəyə işə keçməyə çalışir. Onu da qeyd etmək yerinə düşər ki, heç bir MMC hardansa Gədəbəydə gəlib hansısa işi görməyib. Yəni, Forma № 2 deyilən sənəd Gədəbəydə yazılıb, az sonra telefonla əlaqə saxlanıb və hər iki tərəfin nümayəndələri görüşüblər. Sənədi hər iki tərəf imzalayıb və mühasiblıq həmin vəsaiti lazımi qaydada köçürüb. Pullar MMC-lər vasitəsilə nəğdiləşdirilib və şirkətlər faizlərini götürdükdən sonra, qalan pulları Şakir Məsimova veriblər. Bu şəxs də gözdən pərdə asmaq üçün həmin pulun təxminən 10% -ni müəyyən işlərin görülməsinə xərcləyib, qalanını isə əlbir olduğu şəxslərlə mənimsəyib. Bu şəxs cox “savadlı” bir insandır, “peşəkar mühəndisdir”.
Mövzuya qayıdacağıq

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər