“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...” - Sərdar Cəlaloğlu
Rusiyalı siyasətçi Aleksey Navalnının həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb. Bu barədə Berlində yerləşən “Şarite” klinikasından bildirilib. Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Həmçinin bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyəti ağır olsa da, həyatı üçün ciddi təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Xatırladaq ki, Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Şarite” klinikasına aparılıb.

Bəs, Azərbaycanda tanınan siyasətçilər yeməyi harada yeyir, suyu harada içirlər? Ümumiyyətlə, zəhərlənmək qorxusu yaşayıblarmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, siyasətçilərin zəhərlənməsi halları antik dövrlərdən var: “Həbsdə olduğum dövrdə zəhərlənmişdim. Məhkəmədən həbsxanaya qaytarılandan sonra soyuducuda olan suyu götürüb içdim. Çox ağır şəkildə zəhərləndim, az qalırdı ki, ölüm. Deyə bilmərəm ki, suya nə isə qatmışdılar. Amma həddindən artıq çox ağır şəkildə zəhərlənmişdim”.

Partiya sədri deyir ki, növbəti dəfə dostları ilə restoranda çörək yeyəndən sonra çox ağır şəkildə zəhərlənib: “Dostlarla bir yerdə oturub çörək yedik. 1 saat sonra çox qeyri-adi formada zəhərlənmə əlamətləri baş verdi. Qusma, tərləmə, öyümə oldu. 4-5 saat çox ağır duruma düşdüm. Çoxlu su, dərmanlar içdim, vəziyyətdən çıxdım. 2 dəfə çox ağır şəkildə zəhərlənmişəm. Bu zəhərlənmələrin qəsd olub-olmadığını deyə bilmərəm. Yemək keyfiyyətsiz olub, su soyuducuda qalıb deyə belə zəhərlənmişəm və ya bu kənardan olub, bunu bilmirəm”.

Sərdar Cəlaloğlu ixtisasca həkim olduğundan zəhərlənmə halları zamanı atılacaq addımları da bilir. Deyir ki, müxtəlif növ zəhərlənmələr var və hər birinə qarşı da atılacaq addımlar fərqlidir: “Həkim kimi deyirəm ki, dəm qazından zəhərlənmə zamanı ancaq təmiz hava lazımdır ki, insan vəziyyətdən çıxsın. Ağır metan duzları var, ondan zəhərlənəndə təsirini ötüşdürmək çətindir. Çünki metan duzundan zəhərlənmə zamanı böyrəklər sıradan çıxır. Qida toksiki infeksiyaları var, bu zaman öyümə baş verir. Bu zaman zəhərlənən çoxlu maye qəbul edib qusmalı, mədə yuyulmalıdır. Bəzi zəhərlənmələrdə şirin yeməklər çox yaxşı təsir göstərir. Zəhərlənmələr müxtəlifdir. Qan zəhərlənməsi, tənəffüs zəhərlənməsi, dərmanların özündən də zəhərlənmək mümkündür. Zəhərlənmə bərk maddə udandan sonra baş veribsə, həmin maddə mütləq şəkildə bədəndən çıxarılmalıdır. Maye zəhərlənməsidirsə, bu halda maye bədəndən çıxarılmalıdır. Zəhərlənən şəxsin vəziyyətdən çıxarılması zəhərin xarakterindən asılıdır”.

Partiya sədri deyir ki, söhbət hansısa siyasətçini ortadan götürməkdən gedirsə, ən yaxşı vasitə zəhərləməklə neytrallaşdırmaqdır: “Putin KQB-nin İngiltərəyə qaçan əməkdaşı Litvinenkonu orada radioaktiv maddələrlə zəhərlətdirdi. Haaqa Məhkəməsi də bu haqda qərar çıxarıb. Navalnının da zəhərlənməsində Kremlin izlərinin olması haqda söhbətlər gəzir. Antik dövrlərdən siyasətçilərin, ictimai xadimlərin zəhərlə öldürülməsi halları var. İmam Kazım, imam Həsən, başqa imamlarımız zəhərlənərək öldürülüb. Zəhərlənmə siyasi terrorlarda, siyasi qisas almalarda ən geniş yayılmış üsullardan biridir. Zəhərlənmələrdə adətən bunun kim tərəfindən törədildiyinə birbaşa sübutlar olmur, bunu təyin etmək çox çətin olur. Bir qayda olaraq məişət zəhərlənməsi baş verir. Qida ilə, su ilə zəhəri verirlər. Müəyyən etmək olmur ki, zəhər suda, qidada olub yoxsa zəhəri suya, qidaya sonradan əlavə ediblər”.

Partiya sədri deyir ki, zəhərlənəcəklərini düşünənlər tədbirli olmalıdırlar: “Əlbəttə, kimsə düşünürsə ki, hakimiyyət onu zəhərləyə bilər, zəhərlənməklə aradan götürüləcəyini hesab edirsə, harada nə yediyinə, nə içdiyinə diqqət etməlidir. Siyasi opponentlərin zəhərlənmədən başqa yolları da var. Məsələn, gecə vaxtı hücum edib döyüb öldürmə, oğurlama. Bütün dünyada ən geniş yayılmış üsul, əlbəttə ki, zəhərlənmədir. Rus çarı vaxtında Raxmanini öldürmək istəyirdilər. Çünki o, Anna Pavlovnanı o qədər öz təsirinə salmışdı ki, Nikolay onun məsləhəti olmadan heç bir addım atmırdı. Hətta deyirdilər ki, Birinci Dünya müharibəsində də Nikolayın bütün addımlarını Raxmanin müəyyənləşdirirdi. Həmin vaxt knyazlar bir yerə toplaşıb Raxmanini zəhərləməklə aradan götürməyə qərar veriblər. Raxmanini zəhərləməklə aradan götürmüşdülər. General Potyomkin vardı, II Yekatirinanın sevgilisi idi. Saraydakılar onun hərəkətlərini təhqir hesab edirdilər. Yığışıb onu zəhərləməklə aradan götürmək qərarını vermişdilər. İntəhası zəhəri - mışyakı ona şirin yeməklərin içində veriblər. Zəhər, yəni mışyak şirin yeməkdə təsirsiz olur. Potyomkinə şirin yeməklərin içində mışyakdan nə qədər veriblərsə, ölmədiyini görüblər. Düşünüblər ki, Potyomkin ölümsüzdür. Əslində isə mışyak şirin yeməkdə təsirini itirib. Belə siyasi zəhərlənmələr tarix boyu çox olub. Mülkiyyət məsələlərində də varisin zəhərlənməsi halları çox rast gəlinən qəsdlərdəndir”.

Partiya sədri deyir ki, zəhərlənmə ən müxtəlif dövrlərdə, ən müxtəlif motivlərlə törədilən qəsd olub və bu gün də var. Ona görə də zəhərlənəcəyini düşünən kəs bu cür ölümdən yaxa qurtarmaq üçün tədbirini görməlidir. “Zəhərlənmə qorxusu olan siyasətçi suyu da üfürə-üfürə içməlidir”, deyə S.Cəlaloğlu bildirib.
“Yeni Müsavat”

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər