Minnət Mürsəlov – Yevlax Rayon Ağsaqqallar Şurasının sədri
Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov uzun illər dövlət və ictimai fəaliyyət sahəsində qazandığı zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı və xalqa bağlılığı ilə böyük hörmət qazanmış nüfuzlu ziyalılardandır. Bu gün də o, ağsaqqal kimi cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və dövlətçilik ideyalarının təbliğinə dəyərli töhfələr verir.
Minnət müəllim öz fəaliyyəti ilə daim birlik, həmrəylik və vətən sevgisini ön planda saxlayır, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsi istiqamətində keçirilən tədbirlərdə yaxından iştirak edir. Onun müdrik tövsiyələri, xeyirxah əməlləri və zəngin həyat təcrübəsi Yevlax ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Minnət Mürsəlov Azərbaycan dövlətçiliyinə sadiqliyi, milli maraqların qorunmasına verdiyi töhfələr və cəmiyyətə nümunə olan fəaliyyəti ilə seçilən dəyərli ağsaqqallardandır. Ona möhkəm cansağlığı, uzun ömür və Yevlax rayonunun ictimai həyatında yeni uğurlar arzulayırıq.