Yasamal qəbiristanlığının təmizliyinin qorunub saxlanılması, ərazidə səliqə-sahmanın təmin edilməsi və abadlıq işlərinin mütəmadi aparılması birbaşa Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədovun şəxsi tapşırıq və nəzarəti əsasında həyata keçirilir. Tahir müəllim hər zaman ictimai əhəmiyyət daşıyan məkanlara, xüsusilə də qəbiristanlıqlara xüsusi həssaslıqla yanaşaraq, bu ərazilərin həm mənəvi dəyərlərə uyğun şəkildə qorunmasını, həm də vətəndaşlar üçün səliqəli vəziyyətdə saxlanılmasını prioritet məsələ kimi qarşıya qoyur.
Onun göstərişi ilə Yasamal qəbiristanlığında genişmiqyaslı təmizlik, abadlıq və yaşıllaşdırma işləri görülüb. Ərazi alaq otlarından və tullantılardan təmizlənib, ziyarət yolları bərpa olunub, məzarlararası keçidlər açılıb, ətraf mühitin estetik görünüşünün yaxşılaşdırılması üçün ağac və gül kollarına qulluq göstərilib. Həmçinin yaşıllıqların qorunması məqsədilə suvarma və budama işləri vaxtında həyata keçirilir.
Tahir Məmmədovun rəhbərliyi altında aparılan bu işlər təsadüfi deyil, planlı və davamlı xarakter daşıyır. Qəbiristanlıq ərazisində təmizliyin yalnız müəyyən günlərdə deyil, mütəmadi olaraq qorunması üçün məsul şəxslərə konkret tapşırıqlar verilib, nəzarət mexanizmi gücləndirilib. Bu da ziyarətə gələn sakinlərin rahatlığına, eyni zamanda mərhumların xatirəsinə layiqincə hörmətin göstərilməsinə xidmət edir.
Qeyd etmək lazımdır ki, Tahir müəllimin fəaliyyəti təkcə qəbiristanlıqla məhdudlaşmır. Onun rəhbərlik etdiyi sahələrdə də abadlıq, təmizlik və yaşıllaşdırma işləri sistemli şəkildə həyata keçirilir. Küçələrdə, park və istirahət guşələrində, ictimai məkanlarda aparılan abadlıq tədbirləri Yasamal rayonunun ümumi simasının daha da gözəlləşməsinə səbəb olur.
Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədovun bu cür məsuliyyətli yanaşması sakinlər tərəfindən də yüksək qiymətləndirilir. O, hər zaman insanların müraciətlərinə həssaslıqla yanaşır, problemlərin operativ həllinə çalışır və dövlətçilik prinsiplərinə sadiq, xalqına bağlı bir bələdiyyə rəhbəri kimi fəaliyyət göstərir.
Bütün bunlar bir daha göstərir ki, Tahir Məmmədovun diqqət və qayğısı nəticəsində Yasamal qəbiristanlığında təmizlik və abadlıq işləri nümunəvi səviyyədə həyata keçirilir və bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.