Tikinti memarı və podratçı Xəyal Qurbanov bildirib ki, 10 May Azərbaycan xalqının yaddaşında daim xüsusi ehtiramla anılan bir tarixdir. Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin doğum günüdür. Xəyal Qurbanov ulu öndərin 103-cü ildönümü münasibətilə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini qeyd edib.
Xəyal Qurbanov vurğulayıb ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqımızın rifahı və ölkəmizin inkişafı üçün misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan bu gün güclü, müstəqil və qalib dövlət kimi dünyada tanınır.
O bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ulu öndərin siyasi yolu uğurla davam etdirilir, ölkəmizdə geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Azərbaycanın bütün bölgələrində aparılan yenidənqurma layihələri dövlətimizin gücünü və xalqımıza göstərilən diqqət və qayğını nümayiş etdirir.
Xəyal Qurbanov qeyd edib ki, tikinti memarı və podratçı olaraq ölkəmizdə həyata keçirilən quruculuq işlərində iştirak etmək onun üçün böyük qürur mənbəyidir. O, Azərbaycanın daha da inkişaf etməsi naminə dövlətimizin yanında olmağa davam edəcəyini bildirib.
Sonda Xəyal Qurbanov ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıb.
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!