VÜSAL YUSİBOV VƏLİ OĞLU

VÜSAL YUSİBOV VƏLİ OĞLU

“Azərbaycan Dəmir Yolları” QSC

İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin rəisi

Vüsal Yusibov Vəli oğlu


“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin rəisi Vüsal Yusibov Vəli oğlu öz peşəkarlığı, məsuliyyət hissi və yüksək təşkilatçılıq bacarığı ilə seçilən rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi sahədə dəmir yolu infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına, yol təsərrüfatının daim nəzarətdə saxlanılmasına və işlərin keyfiyyətlə icrasına xüsusi önəm verir.

Vüsal müəllim işinə böyük sevgi və məsuliyyətlə yanaşır. Onun rəhbərliyi altında 13 nömrəli Yevlax yol sahəsində nizam-intizam möhkəmləndirilmiş, əməkdaşlar arasında sağlam iş mühiti formalaşmışdır. O, kollektivlə daim sıx ünsiyyətdə olur, hər bir işçinin rəyinə və əməyinə dəyər verir, problemlərin operativ həllinə çalışır.

Eyni zamanda, Vüsal Yusibov Vəli oğlu yüksək insani keyfiyyətləri ilə də seçilir. O, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir, onların yanında olmağı özünə mənəvi borc hesab edir. Dövlətçiliyə sadiq mövqeyi, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə dəstəyi və vətənpərvərliyi onun xarakterinin əsas cəhətlərindəndir.

Belə rəhbərlərin fəaliyyəti həm dəmir yolu sisteminin inkişafına, həm də ümumilikdə ölkəmizin tərəqqisinə xidmət edir. Vüsal Yusibov Vəli oğluna gələcək fəaliyyətində yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq