10 May – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkan Daş Karxanasının rəhbəri hörmətli Vüsal Əsgərov dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad edir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsi yolunda əvəzolunmaz rol oynamış dahi liderdir. Onun həyat yolu, siyasi fəaliyyəti və xalqına olan sonsuz sevgisi bu gün də hər bir azərbaycanlı üçün örnək və məktəbdir. Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti Azərbaycanın bugünkü uğurlarının, sabitliyinin və beynəlxalq nüfuzunun əsasını təşkil edir.
Vüsal Əsgərov qeyd edir ki, Ulu Öndərin ideyaları və dövlətçilik fəlsəfəsi bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf yolu keçmiş, iqtisadi gücünü artırmış, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirmiş və qalib dövlət kimi tarix yazmışdır. Bu inkişafın təməlində isə məhz Heydər Əliyev siyasi məktəbi dayanır.
Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də milli birliyin, dövlətçilik şüurunun və vətənpərvərlik ruhunun gücləndirilməsi olmuşdur. Bu gün ölkəmizin hər bir bölgəsində həyata keçirilən abadlıq, quruculuq və sosial layihələr onun müəyyən etdiyi inkişaf konsepsiyasının davamı kimi böyük uğurla həyata keçirilir.
Türkan Daş Karxanasının rəhbəri Vüsal Əsgərov 10 May – Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibətilə onun əziz xatirəsini dərin hörmətlə anır, Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyir.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə möhkəm can sağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi və xalqımızın rifahı naminə fəaliyyətində davamlı uğurlar arzulayır.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun ideyaları Azərbaycan dövlətinin inkişaf yolunu həmişə işıqlandıracaqdır.