Venesuelada zəlzələ qurbanlarının sayı artaraq 589 nəfərə çatıb.
Kanal1.Az xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges "Venezolana de Televisión" dövlət telekanalının canlı yayımında məlumat verib.
"Çox təəssüf ki, artıq 589 nəfərin həlak olduğunu və 2 980 nəfərin yaralandığını bildirməyə məcburuq, lakin bununla yanaşı, onlarla insanı xilas etməyi bacardıq", - deyə o vurğulayıb.